
18 iyul 2025-ci il tarixində İstanbulun Fəriyə Sarayında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü baş tutub. Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyəni təmsil edən kino sahəsi üzrə yüksək vəzifəli şəxslər iştirak ediblər.
Tədbir TÜRKSOY Daimi Şurasının 40-cı toplantısında qəbul edilmiş qərarlar əsasında keçirilib və kino sektorunun mədəni irsin qorunması, həmçinin gələcək nəsillərə ötürülməsindəki rolunun gücləndirilməsi məqsədini daşıyıb.
Tədbirin açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev ortaq yaddaş və mədəniyyətin formalaşdırılması üçün birgə fəaliyyətin önəmini vurğulayıb. O, kinonun türk sivilizasiyasının zəngin irsini dünyaya çatdırmaq baxımından ən güclü vasitələrdən biri olduğunu qeyd edib.
Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov çıxışında ölkəmizin kino sahəsində həyata keçirdiyi siyasət, beynəlxalq əməkdaşlıq istiqamətləri və gələcək planlar barədə ətraflı məlumat verib. O, həmçinin “Baku Cinema Breeze Festivalı” haqqında iştirakçıları məlumatlandıraraq festivalda iştiraka dəvət edib. Çıxışı zamanı distribusiya, dublyaj və animasiya sahələrində əməkdaşlıq təklifləri də irəli sürülüb.
Görüşdə ortaq film istehsalı, kino festivallarında əməkdaşlıq və birgə kino fondu yaradılması kimi məsələlər müzakirə olunub. Tədbirin yekununda iştirakçı ölkələrin nümayəndələri tərəfindən ortaq protokol imzalanıb.
Qeyd edək ki, görüş Türkiyənin ən böyük ssenari inkişafı və ortaq istehsal platforması olan “TRT 12 Punto” tədbirləri ilə paralel təşkil edilib. “12 Punto 2025” çərçivəsində keçirilən “Türkiye ile Türk Dünyası Arasında Ortak İstehsalda Yeni Köprülər” adlı panel müzakirəsində Türkiyə və digər türk dövlətlərinin kino sahəsindəki rəsmi qurumlarının rəhbərləri iştirak ediblər. Paneldə ortaq istehsal imkanları, əməkdaşlıq platformaları və gələcək perspektivlər müzakirə olunub.
Panel iştirakçıları arasında Azərbaycan Kino Agentliyinin baş direktorunun müavini Qurban Primov, Qırğızıstanın Kino üzrə Baş direktoru Ulan Adamaliev, Qazaxıstan “Kazakfilm”in icraçı direktoru Asset Yernazarov, Qazaxıstan Milli Kino Dəstək Mərkəzinin sədri Jumagali Kurmanbek, Özbəkistanın Kino üzrə Baş direktoru Şuxratulla Rızayev, Türkmənistan “Oğuzxan” Türkmənfilm Birliyinin sədr müavini Sahysalyh Bayramov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş direktoru Birol Güven və TRT Sinema rəhbəri Faruk Güven yer alıblar.
Müzakirələr zamanı ölkələrarası birgə layihələrin həyata keçirilməsi, kino üzrə təlim və təcrübə proqramlarının təşkili, qarşılıqlı film mübadiləsi və festival əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb. İştirakçılar öz təcrübələrini bölüşərək qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Səfər çərçivəsində nümayəndə heyətləri TRT-nin pavilyonunu da ziyarət edərək televiziya və kino sahəsində tətbiq olunan müasir texnoloji imkanlar, çəkiliş və post-prodakşn prosesləri ilə tanış olublar. Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyənin bir sıra nüfuzlu özəl film şirkətləri ilə görüşlər keçirib. Görüşlər zamanı studiyaların tətbiq etdiyi texniki infrastruktur, yüksək keyfiyyətli istehsalat imkanları və əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
Görüş Türk Dünyasında kino sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq mədəni dəyərlərin qorunması istiqamətində atılmış önəmli addım kimi dəyərləndirilib.




- 17:01 Kitabxanada Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 16:01 İstanbulda Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirilib
- 14:37 Ölkəmiz Almaniyada X Forecast Forumunda təmsil olunub
- 14:35 Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb
- 10:43 "Mədəniyyət və kommunikasiya: müasir media strategiyaları" mövzusunda təlim təşkil olunub
- 10:28 “Vətənə bağlı ömür" adlı sənədli-bədii filmi nümayiş olunub
- 09:52 “Sözün gücü, qələmin qüdrəti” adlı tədbir keçirilib
- 09:37 22 iyul - Azərbaycanda Milli Mətbuat Günüdür
- 09:27 Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib
- 09:21 Britaniya Parlamentində Xocalı qurbanlarına və müharibədən zərər çəkən uşaqlara həsr olunmuş sərgi açılıb
- 17:03 Milli Mətbuatın 150 illiyi münasibətilə teatr sahəsində fərqlənən jurnalistlər mükafatlandırılıb
- 16:28 “Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir
- 16:09 Gənclər Kitabxanasından yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun 65 illiyinə töhfə
- 14:42 Azərbaycan və Türkiyənin ortaq istehsalı olan “Ölü Həsən” filmi “TRT 12 Punto” platformasının qalibi olub
- 14:40 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab çapa hazırlanır
- 12:11 “Konstitusiya və Suverenlik İli 2025” adlı elektron bazası istifadəçilərə təqdim edilib
- 11:26 “Mən qadınam” müsabiqəsinə ümumilikdə 96 ssenari təqdim olunub
- 09:38 Şuşa qazaxıstanlı jurnalistin gözü ilə
- 09:31 “Bulvarda kino axşamı" adlı yeni layihə başlayıb
- 15:03 ICESCO-nun regional ofisində ilk seminar keçirilib
- 12:21 Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropa oxucularına təqdim olunub
- 11:07 Bu gün Xalq rəssamı Tokay Məmmədovun doğum günüdür
- 09:26 UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb
- 14:14 Gənclər Kitabxanasında professor Xəlil Yusiflinin xatirəsi yad edilib
- 11:59 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında nümayiş olunacaq
- 11:29 Şəhid xatirəsinə ithaf edilən “Azad” romanı işıq üzü görüb
- 09:28 Vaqif Poeziya Günlərinin yolu Ağdamdan da keçdi
- 09:16 Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub
- 16:46 Qaradağ rayon Heydər Əliyev Mərkəzində foto və kitab sərgisi açılıb
- 16:36 Bu gün Xalq artisti, Prezident mükafatçısı İlham Əsgərovun anadan olmasının 67-ci ili tamam olur
- 15:21 Milli Kitabxanada Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin yubileyi münasibətilə kitab sərgisi açılıb
- 12:00 Bu gün Əməkdar memar Rasim Əliyevin doğum günüdür
- 11:54 “Teatral Akademiya” layihəsi regional teatrların inkişafına töhfə verir
- 10:55 Xalq artisti Mirzə Babayevin anadan olmasının 112-ci ili tamam olur
- 09:29 Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 09:19 “Vaqif Poeziya Günləri” davam edir
- 09:15 “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib