XƏBƏRLƏR
MƏLUMAT
Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/06/2023 06:31

İyunun 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib.

Konsertdə şagirdlər Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin birgə müşayiəti ilə çıxış edərək, Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

Baxış sayı: 470