XƏBƏRLƏR
MƏLUMAT
Şərqiyyə Rəhmanlının “Dialoq” sərgisi ətraf mühitlə insanın ünsiyyətinin bədii ifadəsidir
ÜMÜMİ XƏBƏRLƏR
13/07/2021 08:00

NUR Art House sənət məbədində Şərqiyyə Rəhmanlının “Dialoq” sərgisi açılıb. “Pandemiyanın qapalı məkanı” dövründə ətraf mühitlə bağların orijinal həllini özündə ehtiva edən sərgidə rəssam təbii landşaftları, mikroorqanizmlərin, göbələklərin, planetlərin və kosmosun quruluşlarını, səsli formalarını əks etdirib. Onları yaradarkən rəssam qarışıq texnikadan – yağlı pastel, gel qələmləri, akril markerlər, quaş, kağız və yapışqandan istifadə edib. Onun əsərlərində rəssamın təbiətlə ünsiyyətindən doğan şəxsi hisslər, məhəbbət və heyrət öz əksini tapıb.

“Çox vaxt iş prosesi özü intuitivdir və özlüyündə improvizə edir. Ona görə də rəsmlər “tamaşaçının yuxarıda qeyd edilənləri görməsi” kimi məqsədi qarşıya qoymur. Əksinə, gördüyünlə eşitdiyinin məcmuyunu ötürə bilmək, özlüyündə heç bir anlama sığmır və sözlə ifadə olunmaz bir duyğudur” – deyə Şərqiyə Rəhmanlı Trend Life-a bildirib.

Ekspozisiyanın fazalarla təbiət səsləri ilə müşayiət olunması, rəsmlərin isə onlara yaxınlaşarkən öz səs fonu ilə səslənməsi təqdirəlayiq haldır.

(Müəllif: Vüqar İmanov, Foto: Kamran Bağırov)

Baxış sayı: 119