XƏBƏRLƏR
MƏLUMAT
Şəhid Rauf Süleymanova məxsus əşyalar muzeyə təhvil verilib
ÜMÜMİ XƏBƏRLƏR
25/02/2021 02:53

Şəhid Rauf Süleymanova məxsus bir sıra əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Rauf Süleymanov 1987-ci ildə Neftçala rayonunda anadan olub. Bərdə rayonunda Daxili Qoşunlarda hərbi xidmət keçib. Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib. Türkiyədə təlim keçib. Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 94