XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar artist Hamlet Xanızadənin anadan olmasının 84 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2025 15:26

Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Həsən Səbbah (“Xəyyam”), İblis (“İblis”), Qacar (“Vaqif”), Molla Abbas (“Dəli yığıncağı”), Nizami (“Atabəylər”), Doktor (“Şöhrət və ya unudulan adam”), Antonino (“Fırtına”) və s. rolları ifa edib. Böyük sənətkar “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Nizami”, “Köhnə bərə”, “İmtahan”, “Qətl günü” və s. filmlərdə çəkilib.

Hamlet Xanızadə 1990-cı ildə vəfat edib.

Baxış sayı: 142