XƏBƏRLƏR
MƏLUMAT
“Musiqili Bakı” layihəsi çərçivəsində Qurban bayramına həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/06/2025 13:42

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Musiqili Bakı” layihəsinə start verilib. Layihənin Qurban bayramına həsr olunmuş ilk konserti iyunun 5-də Xətai rayon Heydər Əliyev parkında Əməkdar artist Nigar Şabanova və tanınmış ifaçı Vasif Əzimovun iştirakı ilə baş tutub.

Bayram konsertində rəsmilər, mədəniyyət işçiləri,Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri, qazilər, C. Naxçıvanski adına Azərbaycan Hərbi Liseyin kursantları, rayon sakinləri iştirak ediblər.

Əvvəlcə aparıcı çıxış edərək Qurban bayramı münasibətilə hər kəsi təbrik edib.

Daha sonra konsert təqdim edilib.Konsertdə incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.

 

Baxış sayı: 124