XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2025 09:29

İyunun 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.

Film nümayişində 270 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

“Şuşa, sən azadsan!” sənədli filmi 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsinin ən şanlı səhifələrindən birini – Şuşa əməliyyatını bütün reallığı ilə təqdim edir. Bu sənədli film bizə göstərir ki, Azərbaycanın müasir hərb tarixi artıq təkcə dərsliklərdə yox, kameranın obyektivində, əsgərin gözündə və şəhidin qanında yazılıb. “Şuşa, sən azadsan!” filmi Vətən uğrunda canından keçən igidlərin ruhundan gələcək nəsillərə ünvanlanan bir məktubdur.

Film nümayişindən sonra məktəblilər Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 119