"Xeyirxah ürəkli və poetik qəlbli insan”. Müasirləri Reynhold Moritseviç Qlieri belə adlandırıblar. "Görkəmli maestro sevgi və gözəlliyin bir gün dünyanı xilas edəcəyinə inanıb. O, ürəklərə sirayət edən musiqi bəstələyib. Bəstəkar öz əsərləri haqqında danışmağı xoşlamayıb. Ancaq onun bütün həyatının etirafları yaradıcılığında əks olunub” - deyə müasirləri yazıb.
Onun adı həmçinin Azərbaycanın Muğam Ensiklopediyasında yer alıb. Rus musiqisinin görkəmli bəstəkarı olsa da, “SSRİ Xalq artisti” fəxri adını qazansa da, musiqi mədəniyyətimizin zənginləşməsində xidmətinə görə, “Azərbaycanın Xalq artisti” (1934) adına da layiq görülüb.
Reynhold Qlier 1874-cü ilin bu günü Kiyev şəhərində anadan olub. Uşaqlıq illəri Ukraynada keçən bəstəkar, bir neçə il ərzində Rusiyanın ayrı-ayrı şəhərlərində, sonra isə sovet respublikalarında yaşamalı olub. 1900-cü ildə Moskva Konservatoriyasını bitirən bəstəkar, eyni zamanda 1906-1908-ci illərdə Almaniyada Oskar Friddən dirijorluq dərslərini alıb. 1900-cu ilin əvvəllərindən Belyayev dərnəyinin üzvü kimi bir çox bəstəkarlarla - A.K.Qlazunov, S.V.Raxmaninov, N.A.Rimski-Korsakovla sıx münasibətdə olan bəstəkarın yaradıcılığı formalaşıb və təkmilləşib. 1913-1920-ci illərdən Kiyev Konservatoriyasının professoru, 1914-1920-ci illərdən isə Konservatoriyanın direktoru kimi çalışıb, eyni zamanda da bəstəkarlıq ixtisasından dərs deyib.
Yaradıcılıq laboratoriyası zəngin olan bəstəkar, musiqinin müxtəlif janrlarında əsərlər yazıb. Çoxsaylı operalar, uvertüralar, orkestr üçün konsertlər, baletlər, simfoniyalar... onun yaradıcılığının təkcə rəngarəngliyindən deyil, həmçinin peşəkarlığından xəbər verir. Bəstəkarın yaradıcılığında yer alan "Şahsənəm”, "Leyli və Məcnun”, "Gulsarə”, "Torpaq və səma”, "Raşel” operaları, "Xrizis”, "Krasnıy mak”, "Komediantı”, "Mednıy vsadnik”, "Taras Bulba”, "Kleopatra” baletləri, 3 simfoniya, "İlya Muromest”, "Təntənəli uvertüra”, "Sirenı”, "Pobeda” uvertüraları, slavyan mövzularında uvertüra, arfa, violonçel, skripka, valtorna və orkestr üçün konsertlər, kvartetlər, oktet, sekstetlər onun adını dünyaya tanıdıb. Sovet hakimiyyətinin ilk illərindən Qlier bütün qüvvəsini gənc sovet musiqi mədəniyyətinin inkişafına sərf edir. O, sovet musiqisinin inkişafında böyük rol oynayıb və folklor materialı əsasında bir sıra əsərlərin yaranması məhz onun adı ilə bağlıdır. Özbəkistanın incəsənət işləri üzrə idarəsi tərəfindən, Moskvada keçirilən Özbəkistan incəsənəti və ədəbiyyatı dekadasına hazırlıq üzrə konsultant kimi dəvət edilən bəstəkar, tezliklə xalq melodiyaları əsasında sonradan milli opera incəsənətinin əsl nümunəsi olan "Gülsara” operasını bəstələyir.
1920-30-cu illərdə R.M.Qlier "Şahsənəm” operasının necə bəstələndiyi haqda yazdığı məqaləsində bunları qeyd edib: ”Xalq şeyriyyətinin tükənməz mənbəyini və zəngin xəzinəsinin qapısını qarşımda taybatay açan mənim müəllimlərim: qocaman xalq müğənnisi Cabbar Qaryağdıoğlu ilə tarzən Qurban Pirimov olublar”. Operanı yaradarkən Qlier dinləyicilərin tələbatını yaxından dərk edərək Azərbaycan xalq musiqi mədəniyyətinin inkişaf perspektivlərini və öz qarşısında qoyulan vəzifəni gözəl anlayıb.
”Şahsənəm” operasının musiqi mətnində R.M.Qlier 28 xalq melodiyasından istifadə edib. Görkəmli opera müğənnisi Şövkət Məmmədovanın iki türk xalq mahnısını, operanın libretto müəllifi, böyük dramaturq Cəfər Cabbarlının – iki türk xalq mahnısını, həmçinin konservatoriyanın professoru B.Karaqiçevin bir Azərbaycan xalq mahnısını bəstəkara verdiyi məlumdur. Digər xalq mahnı, instrumental rəng və rəqs melodiyaları Cabbar Qaryağdıoğlu və Qurban Pirimov tərəfindən ifa edilib. Onlardan "Naxçıvanda”, "Qadan alım, ay alagöz”, "Bəli, bəli can”, "Onu demə zalım yar” xalq mahnıları və təsniflərlə yanaşı, "Hüseyni” rəngini, "Qarabağ şikəstəsi” instrumental melodiyasını, "Çahargah” muğamının melodiyası, "Arazbarı” zərbi-muğamının mövzusu, "Ənzəli” Azərbaycan xalq rəqsi, "Dərin bahar” fars xalq mahnısı, aşıqların yarışmasının əsasını təşkil edən "Kərəmi” havası da qeyd olunmalıdır. R.M.Qlier Azərbaycan musiqisinə həsr etdiyi məqaləsində muğamlarımızın əsas xüsusiyyətlərini belə səciyyələndirib: "Azərbaycan muğamları xalq dastanının əzəmətini, vüsətini ifadə edərək, cilalanmış, püxtələşmiş forması və müdrik bitkinliyi ilə bizi heyran qoyur”.
1926-cı ildə Opera Teatrında əsərin I aktı səhnəyə qoyulur, 1927-ci ildə isə opera tam olaraq səhnələşdirilir. Lakin o dövrdə Azərbaycan musiqi teatrında olan ifaçılıq imkanları nəzərə alınmaqla səhnələşdirilən opera, müəllifin ideyasına tam olaraq cavab vermir. Yalnız 1934-cü ildə nəhayət, məşhur dramaturq C. Cabbarlının iştirakı ilə Azərbaycan dilində, müəllifin ideyası tam olaraq realizə olunur. "Şahsənəm” operası bir daha Qlierin xalq musiqisinə diqqətli münasibətini, onun Avropa musiqi vasitələri ilə üzvi işlənməsini, ən əsası isə - milli mədəniyyətin inkişaf problemlərinin dərindən dərk etdiyinin təsdiqinə çevrilib.
Dahi Üzeyir Hacıbəyli həmin əsəri, Azərbaycan musiqisinin simfonizmə yaxınlaşmasında xalq yaradıcılığı əsasında mürəkkəb formaların yaranmasında mühüm nailiyyətlərdən biri adlandırır: "Qlier tərəfindən məharətlə bəstələnmiş əsər yeni Azərbaycan opera mədəniyyətinin təməlini qoymuşdur”.
Qlier təkcə istedadlı bəstəkar deyil, həmçinin görkəmli pedaqoq olub. Onun bir çox görkəmli musiqiçilərin yetişməsində xidməti olub. Bəstəkarın ilk tələbələri arasında olan Sergey Prokofyev və Nikolay Mayakovskinin adı dünyada məşhur idi.
Kiyevdə Musiqi İnstitutu, həmçinin Moskvada, Alma-Atada, Daşkənddə, Kalininqradda və alman şəhəri Marknoykirhendə musiqi məktəbləri onun adını daşıyır. Donetsk və Maqnitoqorsk şəhərində böyük bəstəkarına adına küçələr də var.
Təranə Məhərrəmova
Kaspi. - 2019. - 10 yanvar. - S. 7.
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib