XƏBƏRLƏR
MƏLUMAT
“Səhnə arxası-2: Yaradıcı düşün, biliklə yön ver” adlı intellektual oyunun qalibləri təşəkkürnamələr ilə təltif olunublar
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2025 17:31

İyunun 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev “Səhnə arxası-2: Yaradıcı düşün, biliklə yön ver” adlı intellektual oyunda iştirak edən Baş İdarənin əməkdaşı Yəhya Seyidova, Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyova, Nərimanov rayon MKS-nin əməkdaşı Samirə Abbasovaya təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, təşəkkürnamələr Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Səhnə arxası-2: Yaradıcı düşün, biliklə yön ver” adlı intellektual oyunda II yer tutduqlarına görə təqdim olunub.

Tədbir çərçivəsində iştirakçılar “Mədəniyyətə dair milli tematik suallar”, “Milli filmlərimiz”, “Dünya mədəniyyəti” və musiqi müşayiəti ilə təqdim olunan “Ümumi dünyagörüşü sualları” kimi müxtəlif mövzularda biliklərini sınamaq imkanı əldə ediblər.

Həmkarlarımızı bir daha təbrik edir gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Baxış sayı: 96