XƏBƏRLƏR
MƏLUMAT
Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 112 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2025 10:28

Hökümə Qurbanova Bakı Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında çalışıb, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Konservatoriyada təhsil alarkən Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilib. Aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olub. O, romantik faciə, realist faciə, romantik-dramatik, realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik, lirik təmayüllü psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələrini yaradıb. Hökümə Qurbanova görkəmli sənətkarlarla, rejissorlarla birgə işləyib. Mehdi Məmmədov aktrisa haqqında “Onun sənət ulduzu” monoqrafiyasını yazıb. O, yaradıcılığı dövründə, demək olar ki, bütün dublyajların baş rollarını, “Uzaq sahillərdə” filmində Anjelikanı, “Ögey ana”da Dilarəni və s. məharətlə səsləndirib. Onun yaradıcılıq zirvəsində Tofiq Kazımovun quruluşunda səhnələşən “Antoni və Kleopatra” tamaşası durur. Aktrisanın Londonda qastrolda olarkən ifası ingilis rejissorunu belə heyrətləndirib. O, Uilyam Şeksprin “Qış nağılı”ndakı Germiona rolunda dəqiqələrlə səhnədə sükut edərək tamaşaçıları və tərəf-müqabillərini heyrətə gətirib.

Görkəmli kino və teatr aktrisası Hökümə Qurbanova 1988-ci ildə vəfat edib.

 

Baxış sayı: 68