“İRS-Erbe” jurnalının yeni buraxılışı Azərbaycanda baş verən aktual hadisələrdən geniş söhbət açır.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının bu nömrəyə yazdığı və alman oxucusuna ünvanlandığı “Ön söz”də Azərbaycanın dinamik şəkildə inkişaf etməkdə olan bir ölkəyə çevrilməsindən, onun Almaniya və bütövlükdə Avropa üçün getdikcə artmaqda olan əhəmiyyətindən, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, o cümlədən Qarabağın hələ də tam sağalmamış yaraları haqqında Almaniya ictimaiyyətinin məlumatlandırılmasının mühümlüyündən bəhs edilir.
Budəfəki buraxılışın mərkəzi mövzusu ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə Bakıda müvəffəqiyyətlə keçirilmiş COP-29 ekoloji konfransıdır. Məqalədə deyilir ki, Azərbaycanın iki yüzə qədər dövlətin nümayəndələrinin iştirak etdiyi COP29 ekoloji konfransına ev sahibliyi etməsi dünyada ölkəmiz haqqında yeni əks-səda doğurmuşdur. Dubaydan sonra növbəti ekoloji konfransın keçirilməsi üçün məhz Bakının seçilməsi təsadüf deyil. Azərbaycan, neft-qaz sənayesinin inkişaf etmiş olduğu bir ölkə olmaqla yanaşı, həm də müstəqilliyinin ilk günlərindən ətraf mühitin qorunması üzrə normaları və üzərinə götürdüyü digər öhdəlikləri dönmədən yerinə yetirən bir ölkə kimi tanınır. Bununla yanaşı Azərbaycan öz ərazisində, ilk növbədə isə azad edilmiş torpaqlarında - Qarabağda və Şərqi Zəngəzurda - günəş, su və havanın gücünə əsaslanan “yaşıl enerji” istehsal edən xeyli sayda elektrik stansiyaları tikmişdir və onlardan daha çox tikməyi planlaşdırır.
İraq əsilli olub, Britaniya memarı və dizayneri kimi dünyada şöhrət tapmış Zaha Hədidin verdiyi quruluş əsasında ərsəyə gəlmiş Heydər Əliyev mərkəzi bu gün dünyanın ən gözəl və ecazkar tikililərindən biri sayılır. Heydər Əliyev Mərkəzinə həsr edilmiş məqalə oxucuların diqqətini belə bir fakta yönəldir: təsadüfi deyil ki, Böyük Britaniyanın “Discovery” və “Science Channel” kanalları bu binaya ayrıca veriliş həsr etmiş, verilişin aparıcıları onu dövrümüzün ən cəsarətli mühəndis layihələrindən və arxitektura şedevrlərindən biri adlandırmışlar. Onların verdiyi qiyməyə görə bu yalnız bir mədəniyyət mərkəzi deyil, həm də dünyada öz yerini təsdiq etmək deməkdir.
Azərbaycanda teatr rəssamlığının inkişafından bəhs edən məqalə tanınmış sənətkar Bədurə Əfqanlının həyat və yaradıcılıq yoluna işıq salır. Avropa teatr tərtibatının incəliklərini öyrənəndən sonra, Bədurə xanım bu bilik və bacarıqlarını Azərbaycan həyatının xüsusiyyətləri, azərbaycanlıların həyat tərzi ilə müvəffəqiyyətlə uyğunlaşdıra bilmiş, çoxlu sayda tamaşalar, sonradan isə bir sıra filmlər üçün geyim eskizləri və dekorasiyalar hazırlamışdır.
Başqa bir məqalənin mövzusu Bakının Müasir İncəsənət Muzeyidir. 2009-cu ildə açılsa da, o, tez bir zamanda Bakının ən gözəl və zəngin muzeylərindən birinə çevrilmiş, həm bakılıların, həm də paytaxtımızın qonaqlarının rəğbətini qazanmışdır.
Jurnalın bu buraxılışında həm də Azərbaycanın ən faydalı və sevilən meyvələrindən olan xurma haqqında məlumat verilir. Baxmayaraq ki xurma-xirnik bizim ölkəmizə öz yolunu iki yüz il əvvəl Çindən tapmışdır, az bir vaxtda onun Azərbaycanda bir çox sortları yetişdirilmiş və yerli meyvə ticarəti aləmini bəzəməklə yanaşı, bu meyvə ölkəmizdən kənarda da bir çox bazarlara yol tapmışdır.
Jurnal həm də özgəyə münasibət və onunla rəftar sahəsində alman oxucusunun diqqətini Azərbaycan xalqının çox mühüm bir xüsusiyyətinə çəkir. Bildirilir ki, tolerantlıq və qonaqpərvərlik Azərbaycan xalqının əsrlərdən bəri inkişaf etdirdiyi və böyük, mühüm bir ənənə kimi qoruduğu məziyyət olaraq insanlarımızın dünyagörüşündə mühüm yer tutur. Dünyada ikinci bir ölkə tapmaq çətindir ki, orada özgə dinə, mədəniyyətə, özgə xalqın adət və ənənələrinə Azərbaycanda olduğu qədər hörmət və diqqətlə yanaşılsın, onun abidələri və mədəniyyət nümunələri belə qayğı ilə qorunsun.
Berlindən olan alman publisisti və fotoqrafı xanım Heike Maria Johenning isə Bakı arxitekturası haqqında (son iki yüz ilə aid) “İRS” jurnalı üçün ayrıca məqalə hazırlamış, paytaxtımızın memarlıq nümunələrinin gözəlliyindən, özünəməxsusluqlarından, onları Avropa ilə birləşdirən tarixi və mədəni əlaqələrdən geniş bəhs etmişdir.





- 12:32 Azərbaycan Kəlağayısı Gününə dəyərli töhfə
- 10:50 Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilir
- 09:41 Bakı Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimi keçirilib
- 09:39 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür
- 09:12 ABŞ-ın San Dieqo şəhərində Azərbaycan-Amerika dostluq konserti təşkil olunub
- 17:30 Yeni tədris ilindən incəsənət məktəblərində pilot ixtisaslar üzrə tədris başlanacaq
- 17:22 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 17:14 “17 Noyabr - xalqımızın milli azadlıq hərəkatının başlanğıc günü” mövzusunda tədbir keçirilib
- 14:47 Mədəniyyət naziri Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresdə iştirak edir
- 14:37 Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 11:57 “Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib
- 09:43 “Kamera musiqisi axşamı” adlı konsert keçirilib
- 09:08 Azərbaycan Milli Kitabxanası Özbəkistanda keçirilən Beynəlxalq Konqresdə təmsil olunur
- 16:02 Azərbaycan ilk dəfə Vyana Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 15:26 "Sağlam gələcək naminə, narkomaniyaya yox deyək" adlı tədbir keçirilib
- 15:11 Suraxanı rayon Heydər Əliyev Mərkəzi açıq dərs təşkil edib
- 14:30 Aşıq Dirili Qurbaninin və Aşıq Ələsgərin yubileyləri UNESCO-nun 2026–2027-ci illər Yubileylər Proqramına daxil edilib
- 11:07 “Əsas qanunumuz-Müstəqil Dövlətimizin təminatıdır” mövzusunda dəyirmi masa keçirilib
- 09:03 Dünyanın aparıcı caz portalında “Baku Jazz Festival-2025” haqqında məqalə yayımlanıb
- 17:34 Bakıda Uşaq Junior Liqasının oyunlarına start verilib
- 15:37 “Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir” mövzusunda seminar keçirilib
- 15:32 Şəhid analarının iştirakı ilə görüş keçirilib
- 14:55 Ölkəmiz Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunub
- 11:56 Milli Kitabxanada Konstitusiya Günü münasibətilə sərgi açılıb
- 11:47 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:45 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
- 09:34 Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılışı olub
- 18:45 Bakı Uşaq və Gənclər Teatrı Horadiz şəhərində
- 11:45 Baş İdarə Zəfər Gününə həsr olunmuş konsert keçirib
- 11:27 “5 illik Zəfər Səlnaməsi” adlı tədbir keçirilib
- 22:14 “Şanlı Zəfər tariximiz” adlı konsert keçirilib
- 16:14 Prezident Kitabxanasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib
- 15:36 “44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
- 14:07 Minlərlə insanın toxuduğu Qarabağ “Çələbi” xalçası Şuşa Xalça muzeyinə təhvil verilib
- 13:26 T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi Zəfər Gününə həsr olunmuş konsertdə çıxış edib
- 12:18 Milli Kitabxanada Şuşa Şəhəri Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb
- 10:46 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar keçirilib
- 09:19 “İki Qəlbin Avazında” – Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 16:36 "Qalib Azərbaycanım" adlı bayram tədbiri keçirilib
- 15:08 Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənət xəzinəsi” adlı yeni daimi ekspozisiyanın açılışı olub
- 12:44 “Mən orada idim” kitabının təqdimatı keçirilib
- 11:39 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
- 09:25 Azərbaycan Milli Xalça Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq memorandumu imzalanıb
- 09:18 “İRS-Heritage” jurnalının ingilis dilində növbəti sayı işıq üzü görüb
- 09:12 Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub
- 16:51 “Tarixdə yaşayan Qələbə!” adlı tədbir keçirilib
- 16:20 Səma Muğannanın “Həyatımdan parçalar” adlı yeni kitabının təqdimatı keçirilib
- 15:51 Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub
- 15:45 “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib
- 15:06 "Güc birlikdədir" adlı konsert keçirilib
- 14:36 “Həqiqətin gözü” – Antalyada Reza Deqatinin yarıməsrlik sənət yolunun təqdimatı
- 11:38 “Mənim dövlətim, mənim hüququm, mənim zəfərim” adlı rəsm sərgisi keçirilib
- 11:25 "Zəfər günümüz, qürur günümüz" adlı şeir müsabiqəsi keçirilib
- 09:05 Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub
- 15:58 “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu”
- 12:30 Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 10:53 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:21 Azərbaycan incəsənət nümayəndələrinin Antalyada konsert proqramı keçirilib
- 10:09 Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub
- 08:58 UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib