XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev irsinin təbliği” adlı elmi seminar keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2025 17:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 14 iyun tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin təbliği” adlı elmi seminar keçiriləcək.

Seminarın əsas məqsədi Ümummilli Lider Heydər Əliyev irsinin elmi baxımdan araşdırılması və təbliğ olunmasıdır.

Seminarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzlərində çalışan ixtisaslı mütəxəssislər tərəfindən mühazirələr (slaydlar vasitəsilə) təqdim ediləcək.

Baxış sayı: 67