XƏBƏRLƏR
MƏLUMAT
Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2025 09:54

Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının studiyasında (Artstudiya) Cəfər Cabbarlının birhissəli mistik faciə janrında hazırlanan “Solğun çiçəklər” tamaşasının premyerası keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rejissoru Səbinə Məmmədzadə, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı isə Emil Elmanoğludur.

Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.

Baxış sayı: 80