XƏBƏRLƏR
MƏLUMAT
Satirik komediya ustası - kinorejissor, SSRİ Xalq artisti Eldar Ryazanov
ÜMÜMİ XƏBƏRLƏR
18/11/2021 00:37

Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofiya Mixaylovna Ryazanovanın ailəsində anadan olub. 1950-ci ildə ilk sənədli filmini çəkib. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik kinosüjetlər hazırlayıb.

1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru təyin edilib. O, Sergey Qurovla birlikdə ilk Sovet genişekranlı film-revyusunu ərsəyə gətirib.

Bir il sonra tanınmış komedioqraf, "Mosfilm" kinostudiyasının rəhbəri İvan Pıryev Eldar Ryazanovu kinokomediya çəkməyə məcbur edir. Eldar Ryazanov ona 4 dəfə öz etirazını bildirsə də, Pıryev sözündən dönmür. Beləliklə, Ryazanov komediya rejissoruna çevrilir.

1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkib. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi məşhur rus aktyorları çəkilib.

Eldar Ryazanovun ən uğurlu filmlərindən biri isə təbii ki, "Avtomobildən qorun" hesab olunur.

Ryazanov daha sonra bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini çəkir.

2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilib. 23 yanvar 2005-ci ildə E.Ryazanovun kinoklubu açılıb. 2010-cu ildə Kino İttifaqının təsisçilərindən biri olub.

Eldar Ryazanov 2015-ci ilin noyabrın 30-da Moskvada 88 yaşında vəfat edib.

Baxış sayı: 166