
Aşıq Şəmşir yurdumuzun ən ucqar rayonunda, Kəlbəcər dağlarının dilbər guşəsi olan Dəmirçidam kəndində 1893-cü il mart ayının 15-də dünyaya göz açıb. Sonralar ailə Kəlbəcər rayonunun Ağdaban kəndinə köçüb və aşıq Şəmşirin bütün həyatı burada keçib.
Aşıq Şəmşirin aşıq-şairlik səcərəsi uzun əsrlərdən qaynaqlanıb gəlir. 1430-cu ildə Göyçə mahalının Sarıyaqub kəndində anadan olan, ulu babası Miskin Abdal Şah İsmayıl Xətainin yaxın dostu, müəllimi və silahdaşı olub. 1515-ci ildə Şah İsmayıl Xətai Miskin Abdala öz möhürü ilə təsdiqlənmiş Şəhadətnamə verib. Xətai öz dəsti-xətti ilə yazıb ki, bu şair, yəni Miskin Abdal, öz ağlı və kamalı ilə şahlığa layiqdir. Qədimdən müqəddəs ocaq kimi tanınan, yaşadığı Sarıyaqub kəndi isə Şah İsmayıl tərəfindən elə ocaq kimi təsdiqlənir və ona bağışlanır və ətrafdakı beş kəndin vergisi xüsusi fərmanla ona ayrılır. Hazırda Şah İsmayıl Xətainin imzaladığı həmin fərmanların əsli Goranboy rayonun Qaradağlı kəndində yerləşən, Miskin Abdal ocağında saxlanılır.
Şəmşir poeziyasının ikinci qaynağı atası Ağdabanlı Qurbanın öz yaradıcılığı, klassik ədəbiyyatla və poeziya ilə onu erkən tanış etməsidir. Azərbaycan və fars dillərini mükəmməl bilən, eləcə də Şərq klassiklərinin şeirlərini mütaliə edən Qurban, dövrünün sənətkarları arasında böyük nüfuz sahibi idi. Xüsusilə Aşıq Ələsgər onun savadına, bilik və bacarığına yüksək qiymət verib. Bir-birlərinə yaxın dost olan bu el sənətkarları tez-tez görüşüblər. Görüş məclisləri çox zaman Ağdaban kəndindəki Təkarmudun dibindən çıxan bulağın üstündə olub. Sonralar bu “Qurban bulağı” məclisi kimi formalaşıb. Aşıq Şəmşirin ilk ustadları da məhz atası Aşıq Qurban və Aşıq Ələsgər olub. Aşıq Şəmşir sonradan onların yaratdığı “Qurban bulağı” ədəbi məclisinin gənc və fəal üzvünə çevrilib. Doğrudan da tez bir zamanda ozan-aşıq sənətində “Dədə” adını qazanmış bu ifaçı aşıq, həm də geniş yaradıcılıq imkanlarına malik şair kimi də xalq içərisində, ədəbi mühitdə şan-şöhrət sahibi olub.
Dədə Şəmşir saz - söz sənəti ilə yanaşı, həm də 1927-ci ildə ailə həyatı qurduğu, sonralar onunla 53 il ömür sürəcək sevimli Güllüsünə dərin hisslər bəsləyən ər, uşaqlarına gözəl bir ata və hər zaman nəvələrinin qəlblərində yaşayan baba olub. Dədə Şəmşirin 10 övladı (5 oğul, 5 qız), 29 nəvəsi, 44 nəticəsi var.
1955-ci ildə onun həyatında dərin iz buraxan bir hadisə baş verir. Aşıq Şəmşirin həmən ilin yayında Kəlbəcərdə sevimli şairimiz Səməd Vurğunla görüşü tarixi bir hadisəyə çevrilib. Azərbaycanın Xalq şairi Səməd Vurğun respublikanın rayonlarına səfərə çıxıb. Bu dəfə o, Kəlbəcərə də gəlib. Şairi qarşılayanlar arasında aşıq Şəmşir də var idi. O, Səməd Vurğunu öz qoşma-şerləri ilə salamlayır. Sonradan şairlər möhkəm dost olurlar və Səməd Vurğunun təşəbbüsü ilə Aşıq Şəmşir Bakıya dəvət olunur və Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. Səməd Vurğun aşıqdan xahiş edir ki, əlyazmalarını Bakıya gətirsin. Onun təşəbbüsü ilə Şəmşirin şerlərinin külliyyatı hazırlanır. Saz-söz sənətində göstərdiyi xidmətlərə görə Aşıq Şəmşir “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür, “Fəxri nişan” ordeni ilə təltif edilir.
Ulu öndər H.Əliyev bu tarixi görüşü öz xatirələrində çox qiymətləndirib: “Baxın ha Səmədlə Aşıq Şəmşir bir dağın döşündəki bulağın qoşa gözüdür. Biri şifahi ədəbiyyatdır biri yazılı ədəbiyyat. Baxın görün bunlar əl-ələ verib qovuşduğu kimi, qucağlaşdığı kimi bu su da bir məcrada necə birləşib. Bu bir xalqın mənəviyyatıdır, bir xalqın dünyasıdır”.
Ötən əsrin 50-ci illərində isə tanınmış musiqişünas Əminə Eldarova tərəfindən Aşıq Şəmşirin 70-ə yaxin aşıq havalarını lentə yazılıb. İndi həmin lent yazıları Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur. Həmin lent yazıları əsasında, Aşıq Şəmşirin 124 illiyinə həsr olunmuş “Sevindim” adlı albomu işıq üzü görüb.
Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkar görkəmli dövlət xadimi Heydər Əliyevə bir sıra şeirlər həsr edib: “Heydərin”, “Yaraşır”, “Torpağın dadı” ulu öndərə həsr olunmuş əsərlərdəndir.
1971-ci ildə “Qoşmalar”, 1974-cü ildə “Seçilmiş əsərləri”, 1978-ci ildə “Dağ havası”, 1980-cı ildə “Şeirlər”, 1996-cı ildə “Öyüdlər”, 2000-cı ildə “Dədə Şəmşir yaddaşlarda” kitabları çap olunaraq oxucuların sevimli kitablarına çevrilib. Bu onun yaradıcılığının bir hissəsidir. Təəssüf ki, ermənilər ikinci Xocalı faciəsini Ağdabanda təkrarlayanda Aşıq Şəmşirin və atası Ağdabanlı Qurbanın külliyyatını da yandırıblar. Ermənilər ata və oğulun arxivlərini məhv ediblər.
Dədə Şəmşir həm də bir neçə dastanların müəllifidir. Məhz “Cəlal və Minayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər” adlı dastanlar ustad sənətkara şöhrət gətirən əsərlərindəndir. Dədənin dördüncü dastanı “Calal və Şəkər” adlanır. Beşinci dastan “İrəvanlı Məhəmməd” və son dastanı böyük Azərbaycan şairi Səməd Vurğunun 1955-ci ilin avqust ayında Kəlbəcərə - İstisuya gəlişi ilə əlaqədar “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” adlı dastanıdır. Dastan Dədənin ilk görüşündən başlayır və Səməd Vurğunun vəfatı ilə bitir. Adları qeyd edilən əsərlərdən qalanlar “Şəmşir və Sənubər” və “Aşıq Şəmşirlə Səməd Vurğunun görüşü” dastanlarıdır. Qalan dastanların əksəriyyəti ermənilər tərəfindən yandırılıb məhv edilib. Geniş yaradıcılıq imkanlarına malik Dədənin səhnə əsərləri yazdığı da məlumdur. 1943-1944-cü illərdə yazdığı “Polad” pyesi və ikinci səhnə əsəri olan “Əsli və Kərəm” dastanı səhnələşdirilib.
El sənətkarın yaradıcılığına, dövlət səviyyəsində də hər zaman yüksək qiymət verilib. Onun yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd edilib. Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.
- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
- 09:22 “Konstitusiya və Suverenlik İli” münasibətilə Qazaxıstanın Aktau şəhərində konsert təşkil olunub
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
- 17:24 Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub
- 17:02 “Bir dahinin ömür yolu” adlı tədbir keçirilib
- 14:24 “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Salman Qəmbərovla görüş keçirilib
- 11:42 “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib
- 11:36 Bakıda Beynəlxalq Xalça Forumu işə başlayıb
- 11:27 “Mədəniyyət körpüsü” layihəsi Lerikdə
- 10:57 Xalq artisti Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş mühazirə - konsert keçirilib
- 10:55 Bu gün Xalq artisti Ramiz Zöhrabovun doğum günüdür
- 10:51 Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir
- 09:53 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın doğum günüdür
- 09:48 Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib
- 09:47 Ölkəmiz ilk dəfə “Adobe Dünya Çempionatı”nda iştirak edir
- 09:15 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə onlayn qaydada məlumatlandırıcı görüşlər davam edir
- 09:12 Attestasiyanın müəyyən etdiyi ehtiyaclara uyğun təlimlərə başlanılır
- 15:01 “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
- 14:58 Günay Əfəndiyeva Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
- 14:40 Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan olan qonaqları cəlb edəcək