XƏBƏRLƏR
MƏLUMAT
Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə onlayn qaydada məlumatlandırıcı görüşlər davam edir
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2025 09:15

17 aprel 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Şirvan-Salyan, Mil-Muğan və Quba-Xaçmaz Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə təhsilverənləri üçün attestasiya proqramının daha geniş izah edilməsi və aktual sualların cavablandırılması məqsədilə onlayn qaydada məlumatlandırıcı görüşlər keçirilir.

Sahə üzrə peşəkar mütəxəssislərin cəlb olunduğu onlayn görüşlərdə fortepiano ixtisası üzrə musiqi əsərlərinin təhlili, qammalar, onların ifası, üzdən oxu zamanı diqqət edilməli məqamlar, eyni zamanda musiqi nəzəriyyəsi ixtisası üzrə nəzəri və təcrübi biliklər, musiqi ədəbiyyatı, üzdən oxu və dinləmə materiallarına dair xüsusi nüanslar müzakirə edilir.

Sistemli şəkildə keçirilən onlayn görüşlərin məqsədi müvafiq ixtisaslar üzrə təhsilverənlər ilə attestasiya proqramına daxil olan mövzular ətrafında müzakirələr təşkil etmək və qeyd olunan proqram çərçivəsində onların attestasiyaya hazırlığına kömək etməkdir.

Baxış sayı: 50