XƏBƏRLƏR
MƏLUMAT
Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2025 09:48

2025-ci il aprelin 30-da Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

İclasda Mədəniyyət Nazirliyini nazir müavini Fərid Cəfərov təmsil edib.

Nazir müavini çıxışı zamanı iki ölkə arasında mədəni sahədə mövcud əməkdaşlıq əlaqələri, görülmüş işlər və perspektivlərdən bəhs edib.

İclasın yekununda həmçinin, “Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurası ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2025-2027-ci illər üçün mədəni əməkdaşlıq üzrə İcra Proqramı” imzalanıb.

Baxış sayı: 43