
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Özbəkistandan gələn geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən xalq artistləri və yazıçıları, milli teatr və muzeylərinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı iki qardaş xalq arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.
Günay Əfəndiyeva Azərbaycan ilə Özbəkistanın strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığının, xüsusilə mədəni sahədə də yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı iş birliyinə möhkəm təməl yaratdığını qeyd edib.
Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsində bir sıra layihələrin, o cümlədən Füzuli şəhərində Özbəkistan hökumətinin dəstəyi ilə Mirzə Uluqbəy adına orta məktəbin, Xankəndidə isə Azərbaycan-Özbəkistan birgə müəssisəsi kimi fəaliyyət göstərən tikiş fabrikinin fəaliyyətə başlaması qeyd edilib. Bu humanitar təşəbbüslər ölkələrimizin bir-birinə göstərdiyi qardaşlıq və mənəvi dəstəyin bariz nümunəsi kimi qiymətləndirilib.
Eyni zamanda, bu il Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin keçirilməsinə diqqət çəkilib. Bununla əlaqədar, Milli Məclisin Mədəniyyət komitəsinin Özbəkistanın Azərbaycandakı səfirliyi və Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində səhnələşdirilməsi xüsusi minnətdarlıqla vurğulanıb.
Müzakirələrdə Azərbaycan ilə Özbəkistan arasında mədəni inteqrasiyanın inkişafına töhfə verən müxtəlif tipli layihələrin, o cümlədən teatr tamaşaları, film və serialların qarşılıqlı nümayişinin vacibliyi qeyd edilib.
Görüş Azərbaycan-özbək xalqlarının mədəni və yaradıcı mübadiləsinin davam etdirilməsinə dair perspektivlərin dəyərləndirilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, nümayəndə heyəti özbək yazıçısı Abdulla Qədirinin “Ötən Günlər” romanı əsasında hazırlanmış tamaşanın təqdimatında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.



- 11:42 “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib
- 11:36 Bakıda Beynəlxalq Xalça Forumu işə başlayıb
- 11:27 “Mədəniyyət körpüsü” layihəsi Lerikdə
- 10:57 Xalq artisti Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş mühazirə - konsert keçirilib
- 10:55 Bu gün Xalq artisti Ramiz Zöhrabovun doğum günüdür
- 10:51 Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir
- 09:53 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın doğum günüdür
- 09:48 Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib
- 09:47 Ölkəmiz ilk dəfə “Adobe Dünya Çempionatı”nda iştirak edir
- 09:15 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə onlayn qaydada məlumatlandırıcı görüşlər davam edir
- 09:12 Attestasiyanın müəyyən etdiyi ehtiyaclara uyğun təlimlərə başlanılır
- 15:01 “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
- 14:58 Günay Əfəndiyeva Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
- 14:40 Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan olan qonaqları cəlb edəcək
- 14:13 Yazıçı-publisist Səyadulla Kərimlidən “Balalara töhfə”
- 12:29 “Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olunub
- 09:45 Bakı Musiqi Akademiyasında klassik musiqi axşamı keçirilib
- 09:39 Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
- 09:28 Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib
- 09:26 Gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər
- 09:23 Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Axundova ilə görüş olub
- 09:15 Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
- 16:33 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub
- 15:34 Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub
- 12:09 "1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub
- 11:36 Beynəlxalq kukla festivalının Bakı mərhələsi yekunlaşıb
- 11:22 Bu gün Beynəlxalq Caz Günüdür
- 11:19 Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Ötən günlər” tamaşasının premyerası olub
- 10:19 “Gözlərə nur saçan əllər” adlı tədbir keçirilib
- 10:11 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 09:55 Ölkəmiz Budapeştdə macar-türk sammitində təmsil olunub
- 09:25 Azərbaycan filmi 11-ci Beynəlxalq İsgəndəriyyə Qısametrajlı Film Festivalında nümayiş olunacaq
- 09:21 ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi keçirilib
- 09:19 Pantomim Teatrında “Müfəttiş” tamaşasının premyerası olub
- 16:52 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 16:12 “Sağlam həyat, sağlam gələcəkdir!” adlı tədbir keçirilib
- 15:02 Daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı genişləndirilib
- 14:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulu
- 11:55 Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını Azərbaycan qazandı
- 11:10 “Qayğıkeş ana-Zərifə Əliyeva” adlı tədbir keçirilib
- 10:55 Bu gün Beynəlxalq Rəqs Günüdür
- 10:52 Yasamal rayon Heydər Əliyev Mərkəzində “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 10:16 Azərbaycanlı ifaçılar Özbəkistanda baxşı festivalında uğurla çıxış ediblər
- 09:55 “Elmi və Humanizmi birləşdirən fenomen Zərifə Əliyeva” adlı biblioqrafik yaddaş virtual oxuculara təqdim edilib
- 09:51 Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Ulusal telekanalı ilə birgə televiziya verilişlərinə start verib
- 09:41 Bu gün SSRİ Xalq artisti Əjdər İbrahimovun anadan olmasının 106 ili tamam olur
- 09:39 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub
- 09:34 “Bakı kainat boyunca” tamaşasının premyerası baş tutub
- 17:07 Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib
- 15:17 “Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
- 14:14 Özbəkistanın aparıcı kanallarında “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş verilişlər efirə gedib
- 11:41 “Ah, bu uzun sevda yolu” tamaşası nümayiş olunub
- 11:39 Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb
- 11:27 33 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 11:20 Azərbaycanda "Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı" keçiriləcək
- 11:18 Bu gün yazıçı Qılman İlkinin doğum günüdür
- 11:09 Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər başlayır
- 11:06 Qara Qarayev adına beynəlxalq müsabiqədə 250-dən çox gənc musiqisi iştirak edib
- 11:01 Azərbaycan incəsənət ustaları III Fuceyra Beynəlxalq Ud Forumunda iştirak edəcəklər
- 10:50 “Xatirələrdə yaşayan işıq” adlı tədbir keçirilib