XƏBƏRLƏR
MƏLUMAT
“Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2025 15:01

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevadır.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

İnstitutun Şərq-Qərb şöbəsində hazırlanmış məqalələr toplusunda əməkdaşların müvafiq mövzuda məqalələri yer alıb. Məqalələr toplusunda müasir dünyanın inkişafında qloballaşma prosesinin rolu, ümumbəşəri dəyərlər prizmasından Şərq-Qərb əməkdaşlığı və mədəniyyətlərarası dialoq zərurəti, dinlərarası dialoqun mahiyyəti və nəzəri əsasları tədqiq edilir. Azərbaycan və Qərb mədəniyyətlərinin qarşılıqlı münasibətləri, sivilizasiyaların inteqrasiyası və müasir çağırışlar mövzularında araşdırmalar təqdim olunur. Həmçinin Avropa İttifaqı ölkələrində multikulturalizm və miqrasiya problemləri, Azərbaycan - İsrail münasibətlərində qarşılıqlı uzlaşma, müsəlman xalqlarının mədəni irsinin qorunmasında UNESCO-nun rolu, müasir Azərbaycan və alman ədəbi dillərində nitq etiketlərinin müqayisəli təhlili mövzularında araşdırmalar yer alır.

Topluda ümumilikdə 10 məqalə təqdim edilib.

Baxış sayı: 52