XƏBƏRLƏR
MƏLUMAT
Ölkəmiz ilk dəfə “Adobe Dünya Çempionatı”nda iştirak edir
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2025 09:47

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin (Yaradıcı Mərkəz) tərəfdaşlığı, Bakı Dizayn Akademiyasının (Baku Design Academy) təşəbbüsü və rəsmi təmsilçiliyi ilə ölkəmizdə ilk dəfə olaraq “Adobe Dünya Çempionatı” (Adobe Certified Professional World Championship) keçirilir.

Bu çempionat, dizayn sahəsində lider olan “Adobe” şirkəti tərəfindən hər il təşkil olunan, bir çox ölkənin qatıldığı beynəlxalq yarışmadır. 13-22 yaş arası gənclərə dizayn məhsulları yaratmaq, beynəlxalq sertifikasiya imtahanları vasitəsilə bilik və bacarıqlarını təsdiqləmək, həmçinin yerli və qlobal əmək bazarında üstünlük qazanmaq imkanı yaradır.

Layihə çərçivəsində təxminən 100 gəncin ümumilikdə 100 yeni və daha təkmil dizayn məhsulu hazırlaması, onlardan təqribən 20 nəfərin beynəlxalq səviyyədə sertifikat alması proqnozlaşdırılır. Sertifikasiya mərhələsində ən yüksək nəticə göstərən 3 qalib dizayner isə ABŞ-da keçiriləcək dünya finalında ölkəmizi təmsil etmək hüququ əldə edəcək.

Layihəyə ümumilikdə 450-dən çoxmüraciətdaxilolub. Bulayihə, yenidizaynməhsullarınınyaradılması, beynəlxalqsertifikatlı, yerlivə qlobalbazardarəqabətə davamlı mütəxəssislərinyetişdirilməsi, Azərbaycanınyaradıcı potensialınındünyadatanıdılması və gəncdizaynerlər üçüngeniş əməkdaşlıqimkanlarınınformalaşdırılması baxımındanmühüməhəmiyyətdaşıyır.

Layihə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq yarımbəndlərinə uyğun olaraq, “Yaradıcı Azərbaycan” Tədbirlər Planı üzrə Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsinə töhfə verəcək, həmçinin sertifikatlı mütəxəssislərin hazırlanmasına gətirib çıxaracaqdır.

Baxış sayı: 35