XƏBƏRLƏR
MƏLUMAT
Rəqqasə Fatimə Fətəliyeva ilə görüş təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2024 16:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət Evində “Qonağımız var” layihəsi çərçivəsində rəqqasə Fatimə Fətəliyeva ilə görüş təşkil olunub.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Fatimə Fətəliyevanın həyat və səhnə fəaliyyəti haqqında tamaşaçılara məlumat verib. Sonra rəqqasə çıxışında ifa etdiyi rəqslərdən danışıb, iştirakçıların suallarına ətraflı cavab verib.

Sonda görüş Fatimə Fətəliyevanın ifasında “Xarı bülbül” rəqsi ilə sona çatıb və xatirə şəkilləri çəkdirilib.

Baxış sayı: 459