XƏBƏRLƏR
MƏLUMAT
Qrimm qardaşlarının “Hansel və Qretel” cizgi filmi Azərbaycan dilində səsləndirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/04/2022 02:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Nağıllar dünyasına səyahət” layihəsi çərçivəsində müxtəlif xalqların nağıllarını uşaqlara təqdim edir.

Bu dəfə Uşaq şöbəsinin sistem inzibatçısı  Elvira Məmmədova Qrimm qardaşlarının “Hansel və Qretel” nağılına çəkilən cizgi filmini səsləndirib. Nağıl ilk dəfə Qrimm qardaşları tərəfindən yazıya köçürülüb və 1812-ci ildə çap edilib. Burada bacı, qardaş və ögey anadan bəhs olunur.

“Adisebaba Çizgi Film Masallar” kanalında yayımlanan bu maraqlı cizgi filmi aşağıdakı keçidlərdə sosial şəbəkə izləyicilərinə təqdim olunub:

https://www.facebook.com/yasamal.mks/videos/485289413280575

https://www.instagram.com/p/CcCg90dlcmH/

Baxış sayı: 288