XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanlar unudulmur” rubrikasında 20 Yanvar şəhidi İdris Məmmədov
ÜMÜMİ XƏBƏRLƏR
23/09/2021 01:08

İdris Məmmədov 23 sentyabr 1959-cu ildə Naxçıvanda anadan olub. Çilingər işləyib.

Yanvarın 19-da İdris Məmmədov Koroğlu bulağının yanındakı Qaraburun postunda növbədə olub. Bu post sərhəd yaxınlığındadır. İdris növbədə olan zaman posta 10–12 erməni yaxınlaşıb, onu odlu silahla sinəsindən vurublar. İdris Sədərək hadisələrində birinci şəhiddir. Sədərək kəndindən Tofiq Nəsirov növbəni dəyişməyə gələrkən İdrisin həlak olduğunu görüb. Tofiq İdrisi çiyninə götürüb Koroğlu bulağınadək gətirib. Bu vaxt ermənilər bir neçə istiqamətdən kəndə hücum ediblər. Vəziyyət gərgin idi. Buna baxmayaraq onun meyidi evə çatdırılıb.

İdris Məmmədov Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib.

İki övladı yadigar qalıb: Günay və Elnur.

Baxış sayı: 200