XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri "Tessa Music Contest" Beynəlxalq Müsabiqəsinin qalibləridir
ÜMÜMİ XƏBƏRLƏR
23/07/2020 03:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Qazaxıstanın Almatı şəhərində keçirilən "Tessa Music Contest" Beynəlxalq Müsabiqəsində onlayn iştirak edərək yüksək nəticələr qazanıblar. 

Məktəbin fortepiano şöbəsinin müəllimi Gülnar Mirzəyevanın sinfində təhsil alan Beynəlxalq müsabiqələr laureatları lV sinif şagirdi Sevil Kəngərli və lll sinif şagirdi Zəhra AslanlıQazaxıstan, Rusiya və Azərbaycanın gənc ifaçılarının qatıldığı müsabiqədə müxtəlif yaş qrupları üzrə çıxış ediblər. Onların ifaları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və hər iki ifaçı 1-ci yerə layiq görülüb.

Həmçinin Sevil Kəngərli bu ilin dekabr ayında keçiriləcək qaliblərin “Qran-Pri” uğrunda mübarizəsinə vəsiqə qazanıb.

Istedadlı şagirdləri,onların müəllimini, valideynlərini və məktəbin kollektivinitəbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

Baxış sayı: 483