XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbində bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2023 08:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli Uşaq Musiqi Məktəbində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram konserti keçirilib.

İlk olaraq bayram münasibətilə bütün müəllimlər təbrik edilib, sonra Beynəlxalq Müəllimlər Gününün tarixindən, müəllimlərin təhsilin inkişafında göstərdikləri böyük xidmətlərdən danışılıb.

Bayram konsertində  məktəbdə müxtəlif alətlərdə təhsil alan şagirdlər Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa ediblər.

Baxış sayı: 300