XƏBƏRLƏR
MƏLUMAT
Məşhur italyan aktyor, müğənni, rejissor Adriano Çelentano
ÜMÜMİ XƏBƏRLƏR
06/01/2022 08:08

Adriano Çelentano 6 yanvar 1938-ci il Milanda anadan olub. O, ailənin beşinci uşağı olub.

Müharibə illərindən sonra Çelentanonun ailəsi başqa şəhərdə yaşamağa qərar verib. Ailənin maddi durumunun ağır olması ilə bağlı Çelentano təhsilini yarımçıq qoyaraq, ailəsinə yardım etmək üçün saatsaz emalatxanasında işə düzəlib. Adriano gecələr həmyaşıdları kimi gitara çalmaqdan doymurdu. Özünü Elvis Presliyə oxşatmaq istəyib. Çoxlarını təəccübləndirsə də, bu, Çelentanoda alınıb.

Günlərin bir günü maraqlı, özüdə Çelentanonun həyatı boyu təsirindən çıxmayacağı bir hadisə olub. Beləki, çox cazibədar, sarışın bir xanım saatını təmir etmək üçün emalatxanaya gəlib, saatı verib gedir. Ancaq onun götürmək üçün heç vaxt qayıtmır. Bu hadisə hər gecə Çelentanonun yuxularında onu narahat etməyə başlayır. Sarışın qadın gəlir, onun çarpayısında oturur, saatı ona uzadır, yox olur. Sonralar demək olar ki, həmişə üstündə gəzdirəcəyi saat onun üçün beləcə doğma əşyaya çevrilir.

Onun plastikası isə heyranedici olub. Təsadüfi deyil ki, sonralar ona“Moledjiato” ləqəbi veriblər. Yəni “purjin adam”. Bu ləqəbi o, hərəkətlərinə görə qazanıb. Onun kimi heç kim belə bacarmayıb. Musiqi onun əsl sevgisi idi. Daha sonra o, Estrada qruplarında oxumağa başlayıb. 21 yaşında isə kinoda görünür. Onu ilk dəfə filmə başqası yox, məhz Federiko Fellini dəvət edib. Maraqlısı o idi ki, debüt filmi olan “Şirin həyat”da da Çelentano oxuyub. Bax, elə bundan sonra onun ulduzu parlamağa başlayıb. Özü də təkcə aktyor kimi yox, onun diskləri rekord sayda satılıb.

Onu təkcə italyan xanımları sevmirdi. Bütün dünyanın qadınları bu yöndəmsiz italyana vurulub. Onda qəribə bir cazibə vardı ki, bütün sədləri dağıda bilirdi. Daxilindəki enerji, müsbət aurası, gülüşü qarşısındakılardan heç kəsi biganə qoymurdu.

Onun “Stefano”, “Blef”, “İnadkarın ram edilməsi” filmlərini yada salmaq kifayət edir. Kobud, sadəlövh olan Çelentanonun qəhrəmanlarının maskası altında incə yumor, incəqəlb gizlənib.

“Çelentanonun istedadı Neapol körfəzinin günəş şüalarından parıldaması kimi gözqamaşdırıcıdır” - tənqidçilər deyib.

Çelentano bu istedadı ilə mübahisələrə girişmir, sadəcə yaşayıb, yaradır və vurulurdu.

Həmin dövrdə hər bir italyan qadını üçün Çelentano həyat üçün mühüm olan hava kimi idi. Hamı ona vurulurdu. Bütün karyerası ərzində Çelentanonu müxtəlif dedi-qodular izləyib. Müxtəlif qadınlarla olan münasibətlərindən bəhs edən əfsanəyə bənzər sevgi əhvalatları və bu söhbətlərin ən səs-küylüsü onun “İnadkarın ram edilməsi”ndə tərəf-müqabili olan gözəl Arnella Muti ilə olan macərası idi. Hətta Arnella bu əhvalata görə ərindən ayrılıb. Amma Adriano öz xanımı Klaudiya Moriyə sadiqliyini qoruyub.

1963-cü ildə məşhur rejissor Federiko Fellini Adriano Çelentanonu “Şirin həyat” filmində çəkilməyə dəvət edib. Çəkiliş günlərinin birində qrim otağında Çelentanoya elə gəlib ki, yuxularının sarışın qadını indi qabağında dayanıb və saatı ona uzadır. Çelentano şok keçirir və çəkilişləri yarıda qoyub, məkanı tərk edir. Həmin filmdən yalnız mahnı ifa etdiyi kadrlar qalır.

Ancaq filmdən sonra onun səsi-sorağı yayılmağa başlayıb. Xüsusən də qadınların arasında ona qarşı olan maraq Çelentano haqqında dillərə dastan olacaq eşq macəralarının yayılmasına səbəb olub. Amma günlərin bir günü çəkiliş məkanında Çelentanonun başını gicəlləndirən gözəllik ilahəsi onun qarşısında dayanır. O, Klaudio Mori idi.

Aktrisa onu görəndə əsəbindən gözləri böyüyür. Rejissora acıqlanır. Amma bu meymun necə olur-olsun aktrisanı ələ almalı idi. Bu cəhdi çox uğurlu alınır. Çəkilişdən cəmi bir həftə sonra artıq hamı məşhur cütlüyün sevgisindən danışıb.

Adriano Çelentano müğənni kimi fəaliyyətg östərdiyi 40 ildən artıq bir dövrdə tirajı 70 milyonu keçən 30-dan çox albom buraxıb. 1960-1992-ci illər arasında 35-ə yaxın filmdə rol alıb.

Baxış sayı: 786