XƏBƏRLƏR
MƏLUMAT
Məşhur ingilis uşaq yazıçısı Donald Bisset
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2021 07:58

İngilis yazıçısı, aktyoru, rəssamı və televiziya aparıcısı Donald Bisset 1910-cu ildə anadan olub. Əsgərlik illərində baş leytenant rütbəsi ilə kral artilleriyasında xidmət edən ingilis aktyor və yazarın həyatı haqqında çox az şey bilinir. Məlumdur ki, o, gənclikdə at sürməyi çox sevib, filmlərdə rol oynayıb və televiziya şoularının təşkilatçısı və aparıcısı olub.

1946-cı ildə o, həyatını kino aləminə həsr etməyə başlayıb. Ömrünün müxtəlif dövrlərində 64 televiziya layihəsində iştirak edib. Bunlar bədii filmlər, müxtəlif şoular və uşaq proqramları idi. Bissetin iştirak etdiyi ən parlaq layihələr "Doktor Kim", "Qəbirdə bir ayaq", "Satınaldığınız üçün təşəkkür edirik" sayılır. Aktyor 21-dən çox filmdə çəkilib.

Donald Bisset hərtərəfli inkişaf etmiş insan idi. Film çəkilişlərinə paralel olaraq, uşaqlar üçün kiçik hekayələr yazmağa başlayan Bisset, həm də gözəl rəssam idi.

Onun nağılları qeyri-adi idi. Qəhramanları unikaldır. Qədim Yunan mifik personajının adını daşıyan bir donuz, havada uçur. Şəhər abidələri qəflətən dirilir və buludla ünsiyyətə başlayır. Bissetin qəhrəmanları əsasən qatarlar, bayquşlar, duman, Admiral Nelsonun heykəli və pələngRrrr-dır.

O, “Amur və bülbül”, "Malina mürəbbəsi", “Annabel”, "Krokokot", “Əjdaha və Sehrbaz”, "Vrednbqa", “Pələng RRRR”, "Musiqi dərsi" və s. kimi məşhur nağılların müəllifidir.

Tanınmış yazıçı Donald Bisset 1995-ci ildə vəfat edib.

Baxış sayı: 158