XƏBƏRLƏR
MƏLUMAT
Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2025 17:06

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Opera Studiyasının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur musiqili komediyası “O olmasın, bu olsun” tamaşası nümayiş olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada Xalq artistləri Azər Zeynalov, Əkrəm Poladov, Elçin Həşimov, Əməkdar artistlər Gülüstan Əliyeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Ələkbər Əliyev, Təyyar Bayramov, Elnur Əhmədov, solistlər Atəş Qarayev, Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Xalid Bəkirov, Sadıq Məlikov çıxış ediblər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssam Xalq rəssamı Tahir Tahirovdur.

Baxış sayı: 32