XƏBƏRLƏR
MƏLUMAT
18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2025 09:16

18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir. Bu tədbirlərin bir çoxu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyi haqqında Sərəncamına müvafiq olaraq görkəmli rəssama həsr edilib.

Tədbirlərə daxildir:

13.05 - 17.05 – Uşaqlar üçün “Mirzə Qədim İrəvani – 200” adlı maarifləndirici proqram çərçivəsində görkəmli rəssamın həyat və yaradıcılığından bəhs edən mühazirə və təqdimat, eləcə də sənətkarın əsərlərinin imitasiya olunduğu ustad dərsləri;

16.05 – “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində “Milli dəzgah boyakarlığının banisi M.Q.İrəvaninin sənət yolu” adlı görüş və ustad dərsi;

17.05 – “Muzeydə kino” layihəsi çərçivəsində M.Q.İrəvaninin 200 illiyi münasibətilə lentə alınmış "Cənnət yuxusu" bədii-sənədli filminin nümayişi;

18.05 – 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə uşaqlar üçün interaktiv ekskursiya, ustad dərsləri və digər maraqlı proqramlar.

Baxış sayı: 36