XƏBƏRLƏR
MƏLUMAT
“Maskarad” adlı ustad dərsi uşaqlara şən əhval-ruhiyyə bəxş edib
ÜMÜMİ XƏBƏRLƏR
22/07/2022 07:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Maskarad” adlı ustad dərsi təşkil olunub.

İlk öncə uşaqları salamlayan kitabxana əməkdaşları Alina Əsgərova və Samirə Abbasova maskalar, onların tarixi haqqında uşaqlara maraqlı məlumat veriblər.

Daha sonra uşaqlara maskaların rənglənib hazırlanması öyrədilib.

Sonda uşaqlara kitabxana əməkdaşları tərəfindən rəngarəng maskalar hədiyyə edilib.

Ustad dərsinin keçirilməsində əsas məqsəd uşaqların yay tətilində asudə vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək olub.

Baxış sayı: 282