
Həsən Quliyev1996-cı il 30 sentyabrda Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açıb. Babası Həsən Quliyev 1941-45-ci illər müharibəsində alman faşizminə qarşı vuruşan döyüşçülərdən idi. Müharibədəki şücaətinə görə bir sıra orden və medallarla təltif olunub. Babanın davamçısı ailənin 3-cü və sonuncu oğlu idi.
Orta məktəbdə biliyi, istedadı ilə seçilən Həsənin valideynləri onu başqa sahədə görmək istəsə də, kiçik yaşlarından hərb peşəsinə olan marağı ürəyi Vətən eşqilə döyünən gəncin yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydən salır. Hərbi liseydə təhsil alarkən nizam-intizamı, biliyi ilə seçilən Həsən Quliyev 2015-2019-cu illərdə təhsilini Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirir.
İllərdir ürəyində bəslədiyi arzusu idi torpaqlarımızı azad görmək. Anası İradə xanım deyir ki, həmişə “Mənə bel bağlamayın, mənim torpağa sözüm var”, - deyərdi. Sanki o, bu yol üçün doğulmuşdu. Bir il idi ki, Goranboyda xidmət edirdi. Məqsədinin astanasında olduğu üçün çox sevincli idi. Gündəlik xatirələrini, fikirlərini yazdığı bloknotu qarşımızdadır. Bir cümlə diqqətimizi çəkir: “Bir gün bütün məhəllə anamın səsinə oyanacaq, amma mən oyanmayacağam”. Həsən bu yolu seçəndə hər şeyə hazır idi. Yaxşı bilirdi ki, bu yolun geri dönüşü olmaya da bilər. Amma bu yol müqəddəs yol idi, o isə bu müqəddəs yolun yolçusu. Vətən torpaqlarının azadlığı uğrunda yola çıxan leytenant Həsən Quliyev Ağdərə istiqamətindən döyüşlərə atılır. Talış yüksəkliyinin və Suqovuşanın azad olunmasında əsgərləri ilə birlikdə şücaət göstərir. Və Suqovuşanda öz müqəddəs arzusuna qovuşur. Doğum günündə şəhadət şərbətini içir.
Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün.
Həsən də bu yolda canını əsirgəmədi. 30 illik həsrətə, işğala son qoyan döyüşçülərimizin sırasına öz adını qızıl hərflərlə yazdırdı. “Anama deyin bəylik kostyumu geyinmək şərt deyil, mənə şəhidlik də yaraşır”,-deyə ismarıc göndərən Həsən anasını möhkəm və iradəli olmağa dəvət edirdi. Adı qədər özü də iradəli olan İradə xanım “Kitabi-Dədə-Qorqud”dan misal gətirərək deyir: “Torpağı əkib-becərməsən qorumağına, qorumasan, əkib-becərməyinə dəyməz”. “Həsən, eləcə də digər müharibə iştirakçıları doğulanda bu torpaqlar işğal altında idi. Lakin onlar o torpaqları görmədən sevdilər, o torpaqlarda şəhidlərimizin qanı var, o yerlər müqəddəsdir. Torpaqlarımız 3000-ə yaxın şəhidimizin qanı və qazilərimizin canı bahasına alındı, bundan sonra gələn nəsil torpaqlarımızı layiqincə qoruyar, bir qarışını da düşmən tapdağına verməz. Şəhidlər o vaxt ölür ki, onlar unudulur, necə ki Azərbaycan xalqı var şəhidlərimiz ürəklərdə yaşayacaq. Onlar qanlarıyla tarix yazdılar”,-deyir İradə ana.
Həsən Quliyev Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Vətən uğrunda” medalı ilə təltif edilir. 24 illik qısa ömür yoluna Vətənin daşı olmağı sığdıran Həsən Quliyev Azərbaycanın zəfər tarixini yazanlardan olur. Pay verdin bizə, xoş müjdəli bir savaşdan, cənab leytenant! Vətən sənə oğul dedi, igidim, rahat uyu, canından çox sevdiyin Vətən torpaqları artıq azaddır.
Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru
“525-ci qəzet”


- 17:09 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüşlər davam edir
- 16:40 “Hadrut, sən azadsan!” sənədli filmi nümayiş olunub
- 15:26 Rəssamlıq Akademiyasının müəllim və rəssamlarının əsərləri İstanbulda sərgilənir
- 12:42 Tanınmış şair Vaqif Bəhmənliyə həsr olunmuş elektron məlumat baza hazırlanıb
- 12:08 Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
- 12:02 Azərbaycan Milli Kitabxanasının 102 illiyi münasibətilə virtual sərgi hazırlanıb
- 11:30 Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
- 11:17 Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 09:23 Moskvada “İRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:14 Musiqi müəllimlərinin attestasiyası ilə bağlı infotur təşkil olunub
- 17:15 Niderlandda “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” mövzusunda xalça sərgisi açılıb
- 15:02 Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində uğurla təqdim olunub
- 14:25 “Ulduz”lu may
- 12:05 Milli Kitabxanada “Professor Nizami Tağısoy” adlı kitab sərgisi açılıb
- 11:40 36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:19 Bu gün Xalq Artisti Aqşin Əlizadənin anadan olmasının 88 ili tamam olur
- 10:15 Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur
- 10:07 "Qara Qarayevin işığında" adlı konsert keçirilib
- 09:43 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:19 Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti keçirilib
- 09:15 Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
- 17:08 Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 17:07 “Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 15:29 Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 15:18 Azərbaycan Astanada keçirilən forumda muzey eksponatlarının konservasiyası təcrübəsini bölüşür
- 14:20 Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq
- 13:10 24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 12:09 Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb
- 11:35 Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb
- 11:32 “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” mövzusunda təlimlər davam edir
- 09:26 Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib
- 09:20 Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb
- 09:17 Amasyada Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub
- 16:56 “Hüquqi dövlət, suveren ölkə” adlı dəyirmi masa keçirilib
- 16:29 Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- 15:44 Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub
- 15:41 Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
- 14:48 Bu gün Xalq artisti Həqiqət Rzayevanın anadan olmasının 118 ili tamam olur
- 14:21 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə metodik vəsait hazırlanıb
- 12:29 Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 10:42 "Mən kökümlə bu torpağa bağlıyam" adlı tədbir keçirilib
- 10:35 Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib
- 09:40 Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi keçirilib
- 09:26 Milli İncəsənət Muzeyində “Nesvij – dünya mədəniyyətinin irsi” adlı sərgi açılıb
- 09:18 Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb
- 09:11 İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub
- 16:35 "Dəyərli dramaturq" adlı tövsiyə icmalı keçirilib
- 16:31 Bu gün Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 ili tamam olur
- 15:49 Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mühazirə dinlənilib və ekskursiya təşkil olunub
- 14:51 “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib
- 12:21 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edəcək
- 11:32 İtalyan pianoçu ilə ustad dərsi
- 11:06 Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb
- 10:33 “Kontrabas” festivaldan mükafatlarla qayıdıb
- 10:23 “Muzeylər tariximizdir” adlı tədbir keçirilib
- 09:55 "Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib
- 09:33 “Azərbaycan tarının sehrli gecəsi” Romada
- 09:25 Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb
- 09:20 Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib