XƏBƏRLƏR
MƏLUMAT
Lənkəran qalası
ÜMÜMİ XƏBƏRLƏR
23/01/2020 05:02

Lənkəran qalası — Lənkəran rayonu ərazisində yerləşən tarixi memarlıq abidəsidir. Qala 1726-1727-ci illərdə tikilib. Sonradan qala ingilis və fransız memarlarının köməyilə düzbucaqlı formasında bərpa edilib. Təxminən 35 hektar ərazidə yerləşən qala ölçülərinə görə, Bakı qalasından da böyük olub. Lənkəran qalası iki iri miqyaslı döyüş bürclərindən ibarət idi: Şimal bürcü dəniz sahilində, cənub bürcü isə Lənkəran çayının kənarında idi. Təəssüflər olsun ki, bu günümüzə qədər Qalanın ancaq iki qülləsi qorunub saxlanılıb.

Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanını içərisində yerləşib. Qala Birinci Rus-İran müharibəsində (1804-1813) İran ordusunun mühüm dayaq məntəqəsi olub. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilib. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi. 1812-cü il dekabrın 31-də rus əsgərləri qala divarlarının yanında mövqe tutur və top atəşləri altında xəndəkləri keçib döyüşü qalanın içərisində aparmalı olurlar. 1813-cü ilin yanvarın 1-də Lənkəran qalası rus qoşunlarının əlinə keçir. İranlıların məğlubiyyətindən sonra sülh müqaviləsi bağlanır. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirilir.

Baxış sayı: 9729