XƏBƏRLƏR
MƏLUMAT
K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
18/05/2023 06:37

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi Azərbaycan Milli Konservatoriyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Sonra Ulu Öndərin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edilib.

Tədbirdə şagirdlər Azərbaycan və qərb bəstəkarlarının əsərlərini ifa ediblər.

Baxış sayı: 310