XƏBƏRLƏR
MƏLUMAT
İlk azərbaycanlı qadın pilot Züleyxa Seyidməmmədova haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
28/12/2021 04:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Təranə Məmmədova “Azərbaycan tarixində iz qoyan qadınlar” layihəsi çərçivəsində ilk azərbaycanlı qadın pilot, müsəlman şərqinin ilk döyüşçü pilotu Züleyxa Seyidməmmədovanın mənalı ömür yolu haqqında videoçarx hazırlayıb.

Züleyxa xanım ilk fərdi uçuşunu hələ tələbə aeroklubuna üzv olduğu illərdə edib. O, öz yolunu seçir və bu yolda uğurla addımlamağa davam edir.

Beləcə Züleyxa Seyidməmmədova 1938-ci ildə imtahan verərək Moskvada Jukovski adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.

O, İkinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib, 38 alman təyyarəsi vurub.

Züleyxa xanım müharibədən qəhrəman aviasiya kapitanı kimi dönür. O, sosial təminat naziri postunda çalışan ilk qadın nazir olub.

Səma döyüşlərində “Şahin” kod adı ilə uçuşlar edən Züleyxa Seyidməmmədova 1999-cu ildə həyata gözlərini yumub. Züleyxa Seyidməmmədova kimi qəhrəman qadınlarımız bizim şanlı-şərəfli keçmişimiz, gələcək qələbələrimizin rəhnidir.

 

Videoçarxa aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

 

https://www.instagram.com/tv/CX3AdQevBHo/?utm_source=ig_web_copy_link

Baxış sayı: 484