XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirə ədəbiyyat, mədəniyyət və elm xadimləri iştirak edib.
Tədbirdə çıxış edən fondun icraçı direktoru Şəfəq Mehrəliyeva Fondun bu günə qədər həyata keçirdiyi işlərdən söhbət açıb, o cümlədən cari ilin altı ayında layihələrin uğuruna görə tərəfdaşlara “Ədibin Evi”nin Himayəçilik Şurası adından minnətdarlığını bildirib.
O, Fondun gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq missiyasını xatırladaraq builki layihələrin bu hədəfə çatdığını məmnunluqla qeyd edib.
Bildirilib ki, ilin əvvəlindən həyata keçirilən layihələr arasında Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə başladığı “Məktəblilər “Ədibin Evi”ndə”, MEDİA İnkişaf Agentliyi ilə birgə hazırladığı “Ədibin Evin”də COP29 silsilə mühazirələri Azərbaycan kimliyinin möhkəmlənməsi baxımından ölkəmiz üçün vacib məsələləri ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinə çatdırıb.
Media layihələrinin Azərbaycan ədəbiyyatının təbliğində səmərəliliyini nəzərə alaraq 2021-ci ildən “ASAN Radio” ilə başlanılan rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini tanıdan “Ədibin Evindən Hekayələr” layihəsi bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin tələbələri ilə Mədəniyyət TV-də davam etdirilib. Bununla yanaşı “Ədibin Evi”nin dəstəyi ilə həyata keçirilən “Tarixin güzgüsü” adlı media layihəsi İctimai TV-də XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin arxivi əsasında yüz il əvvəlki Azərbaycana nəzər salıb tarixin güzgüsünü bu günümüzə tutub.
Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsini gənc yazıçılara nümunə göstərən ənənəvi Mir Cəlal adına Hekayə müsabiqəsi bu il də davam edib. 3-cü Hekayə müsabiqəsindən seçmələr toplu şəklində Azərbaycan Dəmir Yollarının dəstəyi ilə kitab şəklində çıxarılıb və qatarlarda qiraət üçün oxuculara təqdim edilib 4-cü Hekayə müsabiqəsi yekunlaşaraq qaliblər elan edilib və onların hekayələri “Azərbaycan” jurnalının son buraxılışında işıq üzü görüb.
“Ədibin Evi”nin bu il müraciət etdiyi yeni istiqamət isə əski Azərbaycan əlifbasında yazılan ədəbiyyatımızın tədris və tədqiqi olub. Belə ki, ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının filologiya fakültəsinin tələbələri “Ədibin Evi”ndən qazandıqları təqaüdlə “Əski Azərbaycan Əlifbası” kursuna başlayıb və Azərbaycan ədəbiyyatı xəzinəsinin misilsiz bir hissəsinə açar axtarıblar.
Qeyd edilib ki, kursun ilk sinfi tədbir zamanı keçirilən məzun günündə təmsil etdikləri universitetlərin rektorları tərəfindən sertifikatla təltif olunublar.
“Əski Azərbaycan Əlifbası” kursunun gələcəkdə də davam edəcəyini elan edən Fondun direktoru Şəfəq Mehrəliyeva nəzəri bilikləri möhkəmləndirmək məqsədilə ilk məzun sinfinin növbəti akademik semestr ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın rəhbərliyi ilə birgə transliterasiya layihəsi üzərinə çalışacağını elan edib.
Diqqətə çatdırılıb ki, “Ədibin Evi”nin ədəbiyyatsevərlərə bu günə qədər ən böyük töhfəsi üzərində iş də bu il başlayıb. Belə ki, Fond hazırda 1915-1916-cı illərdə Bakıda nəşr olunmuş “Babayi-Əmir” adlı satirik jurnalın tam mətninin (65 nömrəsinin) transliterasiya olunaraq gələn il jurnalın 110 illiyində ictimaiyyətə təqdim olunmasına hazırlaşır. Qeyd edək ki, Əliabbas Müznibin redaktorluğu altında nəşr olunan “Babayi-Əmir” jurnalı “Molla Nəsrəddin” ənənələrini təqib edərək XX əsrin əvvələrində dini avamlıq, cəhaləti açıq tənqid edib, söz azadlığı, qadın azadlığını geniş dəstəkləyən yazılarla çıxış edib. Jurnalda dövrün məşhur şəxsiyyətləri, o cümlədən M.S.Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid, Nemət Bəsir və başalarının məqalələri dər olunub.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun üç yaşına həsr edilmiş tədbir Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin məzunlarının ifasında bədii proqramla yekunlaşıb.




- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib