XƏBƏRLƏR
MƏLUMAT
Ə.Əmirov adına Mədəniyyət Sarayı 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2022 05:54

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert proqramı təqdim edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Sonra aparıcı müstəqilliyimizin tarixindən danışaraq onun əldə olunmasında əməyi keçən tarixi şəxsiyyətlər haqqında ətraflı məlumat verib. 

Konsert zamanı Mədəniyyət Sarayının yaradıcı kollektivləri solist Tural Mehri, Məbud Əhmədov, Elvina rəqs qrupu və bədii qiraət dərnəyinin üzvləri vətənpərvər ruhlu şeir parçaları ilə tamaşaçılar qarşısında çıxış ediblər.

Baxış sayı: 147