XƏBƏRLƏR
MƏLUMAT
"Dilçiliyin Ağamusa Axundov fenomeni" adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
31/01/2022 04:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Günay Süleymanova "Dilçiliyin Ağamusa Axundov fenomeni" adlı videoçarx hazırlayıb.

Materialdaqeydedilibki, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Ağamusa Axundovun Azərbaycan dilçiliyinin inkişafında böyük xidmətləri var.

Alim Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr edilmiş coxşaxəli yaradıcılığı, yenilikçiliyi ilə diqqət mərkəzində olub, Azərbaycan dilçiliyinə yeni anlayışlar gətirib və novator tədqiqatların müəllifi olub. “Azərbaycan dilində feilin zamanları” mövzusunda yazdığı namizədlik dissertasiyası, daha sonra çoxşaxəli yaradıcılığı, onun qələmindən çıxan bütün tədqiqatlar alimə uğurlar gətirib, ancaq A.Axundovun yaradıcılığının şah əsəri “Azərbaycan dilinin fonemlər sistemi” monoqrafiyasıdır. Alim ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirib, nəzəri səviyyədə təqdim edib. Ömrünü xalqının elminə, maarifinə, təhsilinə həsr etmiş bu böyük insan öz zəngin yaradıcılığı ilə dilçiliyimizdə yeni bir cığır açıb. O, dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınmış, xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat və nitq mədəniyyəti sahəsində zəngin yaradıcılıq irsi qoyub.

Videoçarxaaşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

https://www.instagram.com/tv/CZPuOU-PVEQ/?utm_source=ig_web_copy_link

Baxış sayı: 151