
İtaliyalı rəssam, heykəltəraş, memar, alim və mühəndis Leonardo da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhəri yaxınlığında yerləşən kiçik Ankiano kəndində anadan olub. O, varlı notarius Pyeronun və Katerina adlı gözəl bir qadının nikahdankənar oğlu idi. Bu hadisədən az sonra notarius nüfuzlu ailənin qızı ilə evlənir. Onların övladları olmur və Pyero həyat yoldaşı ilə birgə 3 yaşlı Leonardonu oğulluğa götürür.
Çox keçmədən ailə Florensiyaya köçür və atası oğlanı məşhur usta Andrea del Verokkonun yanına şagird qoyur. Gənc Leonardo emalatxanada rəsm və heykəltəraşlıqdan başqa mexanika və riyaziyyatın əsaslarını anatomiyanı, metal və gipslə işləmə texnikasını, dəri aşılama üsullarını öyrənmə imkanı qazanır. Sonradan o, əldə etdiyi biliklərdən öz fəaliyyətində uğurla istifadə edir.
Emalatxanada usta köməkçisi olan Leonardo rəssamlıq və heykəltəraşlıq sənətini dərindən öyrənir və bu sənət sahəsində istifadə olunan alətlərlə tanış olur.
20 yaşına çatanda Leonardo da Vinçi Rəssamların Florentina Qildiyasının üzvü olur. Elə həmin dövrlərdə öz müəllimi Verokkonun “Məsihin xaç suyuna salınması” işinə öz töhfəsini verir. Müasiri Vazarinin sözlərinə görə rəsmin sol tərəfindəki ağbəniz mələyin simasını və mənzərənin bir hissəsini məhz gənc Leonardo çəkir.
Tələbələr bəzən öz müəllimlərinin işlərinin bir hissəsini görürdülər və sonradan Leonardonun da ona kömək edən öz şagirdləri olur. “Məsihin xaç suyuna salınması” əsərində Leonardo öz istedadını və orijinallığını ortaya qoyur. O, həmin zamanlar İtaliyada yenilik olan yağlı boyaları tətbiq edərək işıq və rənglərdən istifadədə öz müəllimini üstələyir.
İntibah dövründə rəsm əsərlərinin əksəriyyəti dini mövzuda çəkilib və ya portretlər olub. Mənzərələri isə yalnız belə rəsmlərin fonunda görmək olardı.
Dahi rəssamın ilk rəsm əsəri qələmlə çəkilən “Arno vadisi” (1473) kənd mənzərəsidir.
Leonardo da Vinçi tək dahi rəssam, heykəltəraş və memar deyil, həmçinin riyaziyyat, mexanika, fizika, astronomiya, geologiya, botanika, insan və heyvan anatomiyası və fiziologiyası ilə məşğul olan böyük alim olub. Onun əl işlərində uçan maşınların, paraşütün və helikopterin, çap maşınlarının və başqa bu kimi qurğuların rəsmlərinə rast gəlmək olar. O, həmçinin ərazinin yaxşılaşdırılması üçün kanalların və şlüzlərin yaradılmasında iştirak edib və memari layihələr hazırlayıb.
1480-ci ildə Leonardo artıq iri sifarişlər alırdı, lakin 1482-ci ildə o, Milana köçməyə məcbur olur. Onun Milanda keçirdiyi dövr müxtəlif fəaliyyətlərlə zəngindir. Burada Leonardo bir neçə rəsm əsərini və dövrümüzə yarım dağılmış şəkildə çatan məşhur “Sonuncu şam yeməyi” freskasını çəkir. O, bu kompozisiyanı Milanın Santa Mariya delle Qratsie monastırının yeməkxanasının divarına həkk edir.
Rəssam həmişə öz rəsmlərini sol əli ilə, sağdan sola doğru imzalayıb. O, hətta eyni zamanda iki əli ilə də yaza bilirdi.
1504-cü ildə Leonardo özünün ən məşhur rəsmi “Mona Liza” əsərinin - florentinalı tacir Françesko del Cokondonın həyat yoldaşı Liza Cerardininin portreti üzərində işləməyə başlayır. Mona Lizanın dodaqlarında onun simasına sirr və ecazkarlıq verən və çətin nəzərə çarpan gülüş sezilir. Bu əsər Fransanın Luvr Milli Muzeyində saxlanılır və indiyə qədər də dünyanın hər yerindən dahi Leonardo da Vinçinin məşhur “Cokondasına” baxmaq üçün gələn turistlərin diqqətini cəlb edir.
Leonardo da Vinçinin təxminən 7 min vərəq əl işi dövrümüzə qədər gəlib çatıb. Onların ən böyük topluları Parisdəki Fransa İnstitutunun kolleksiyasında, Milandakı Ambroziana Kitabxanasında, Turində, Vindzorda və Madriddə saxlanılır. “Mona Liza (Cokonda)”, “Sincab ilə qadın”, “Madonna Benua”, “Sonuncu şam yeməyi”, “Musiqiçinin portreti”, “Məsihin xaç suyuna salınması” əsərləri onun ən məşhur rəsmlərindəndir.
Leonardo da Vinçinin bir çox ideyası yalnız yüz illər sonra həyata keçirilib. Bunlara akvalanq, velosiped, paraşüt, xizək, fırlanan körpü, üçlüləli top, hava vinti və bir çox başqaları daxildir. İndiyə qədər də dahi rəssamın bir çox sirləri insanlar üçün tapmaca olaraq qalır.






- 17:41 Mədəni və yaradıcı sənaye sahələrinə dair 4 siyahı təsdiq olundu
- 17:13 Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub
- 16:19 Milli Kitabxanada Ümummilli Liderə həsr olunmuş virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
- 15:32 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konfrans-konsert keçirilib
- 14:15 Əməkdar rəssam Cəbrayıl Əzimovun anadan olmasının 99 ili tamam olur
- 12:49 Bakıda IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
- 12:15 Gənclər Kitabxanasında Xalq rəssamı Əzim Əzimzadənin xatirəsi anılıb
- 11:00 Bakı Uşaq və Gənclər Teatrı “Sevgi Şimşəyi” tamaşasını nümayiş etdirib
- 10:42 Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
- 09:54 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
- 09:45 MDB-nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub
- 09:40 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
- 09:36 Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub
- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
- 09:22 “Konstitusiya və Suverenlik İli” münasibətilə Qazaxıstanın Aktau şəhərində konsert təşkil olunub
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
- 17:24 Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub
- 17:02 “Bir dahinin ömür yolu” adlı tədbir keçirilib
- 14:24 “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Salman Qəmbərovla görüş keçirilib
- 11:42 “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib
- 11:36 Bakıda Beynəlxalq Xalça Forumu işə başlayıb
- 11:27 “Mədəniyyət körpüsü” layihəsi Lerikdə
- 10:57 Xalq artisti Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş mühazirə - konsert keçirilib
- 10:55 Bu gün Xalq artisti Ramiz Zöhrabovun doğum günüdür
- 10:51 Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir
- 09:53 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın doğum günüdür
- 09:48 Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib
- 09:47 Ölkəmiz ilk dəfə “Adobe Dünya Çempionatı”nda iştirak edir
- 09:15 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə onlayn qaydada məlumatlandırıcı görüşlər davam edir
- 09:12 Attestasiyanın müəyyən etdiyi ehtiyaclara uyğun təlimlərə başlanılır
- 15:01 “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
- 14:58 Günay Əfəndiyeva Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
- 14:40 Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan olan qonaqları cəlb edəcək