XƏBƏRLƏR
MƏLUMAT
“Cəsurluq məktəbi” rubrikasında Nurlan Zeynalov
ÜMÜMİ XƏBƏRLƏR
25/11/2022 04:19

Nurlan Rəfail oğlu Zeynalov 1989-cu il noyabrın 25-də Sabirabad şəhərində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Nurlan Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Zeynalov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Sabirabad şəhərində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nurlan Zeynalov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 362