XƏBƏRLƏR
MƏLUMAT
C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində ustad dərsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
09/12/2019 01:22

Dekabrın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində bəstəkar, pianoçu “Azəri rapsodiyası” nın müəllifi Aleksandr Peskanov (ABŞ) ilə görüş olacaq və onun tərəfindən ustad dərsi keçiriləcək.

Ustad dərsində “Florida Keys” Beynəlxalq müsabiqəsinin laureatı, Korto adına Fransa Konservatoriyasının tələbəsi, pianoçu Cavid Yusifzadə də iştirak edəcək.

Görüşdə Florida Texnoloji Unversitetinin professoru, Floridadakı Azərbaycan-Amerika Mədəniyyət Assosasiyasının Mədəniyyət və Təhsil üzrə direktoru Pərvin Muradova da çıxış edəcək.

Baxış sayı: 31918