
Vaqif Firudin oğlu Əsədov 5 aprel 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Dram və kino aktyorluğu” fakültəsini bitirib.
1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982–1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrının yaradılmasına nail olub. Teatr səhnəsində oynanılan üç tamaşadan sonra o vaxt üçün çox böyük hesab olunan Lenin Komsomolu mükafatı laureatı adına layiq görülüb. V. Əsədov hələ aktyor kimi işləyərkən yadda qalan bir çox obrazları olub.
Onun Naxçıvan Dövlət Musiqili Dram Teatrında Ə. Əylislinin “Mənim nəğməkar bibim”, “Qiymətli qafiyələr”, “Bir cüt bədmüşk ağacı”, Həmid Arzulunun “Əlincə qalası”, Yucin Onilin “Qarağaclar altında məhəbbət”, Sofoklun “Elektra”, Paolo Messininin “Sükut divarı”, Vaqif Səmədoğlunun “Bəxt üzüyü” tamaşalarına quruluş verib.
V.Əsədov 1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Onun bu teatrda hazırladığı İ. Coşğunun “Açıl, bənövşəm açıl”, “Ana laylası”, A.Həsənzadənin “Mağara”, “Oxu bülbül”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, F.Mustafanın “Adsız”, Ç.Dikkensin “Oliver Tvistin macəraları”, S.S.Axundov, A.Şaiqin “Qaraca qız”, Y. Abramov, L.Bəyimin “Yarımçıq qalmış”, C.Cabbarlının “Oqtay Eloğlu” kimi əsərləri gənclərin sevdiyi tamaşalara çevrilib.
Rejissor həmçinin Akademik Milli Dram Teatrının səhnəsində “Burlaxatun” (N. Xəzri) və İrəvan Dövlət Dram Teatrın səhnəsində “Məhəbbət yaşayır hələ” (Hidayət), Azərbaycan Dövlət Akademik Musiqili Teatrı səhnəsində “Qar çiçəyi” (Y. Abramov, L. Bəyim) tamaşalarına quruluş verib.
V.Əsədovun yaradıcılığı yalnız teatr tamaşaları hazırlamaqla məhdudlaşmayıb. O, eyni zamanda bir sıra iri miqyaslı Dövlət səviyyəli tədbirlərin quruluşçu rejissoru və ssenari müəllifi olub. Belə tədbirlərə misal olaraq,C. Məmmədquluzadənin 120 illiyi, C. Məmmədquluzadənin 150 illiyi, H. Cavidin 120 illiyi, Zərifə Əliyevanın 80 illiyi, Heydər Əliyevin 80 illiyi, S. Vurğunun 100 illiyi, Həsən Turabovun 80 illiyi , “Yeni teatr” gənc rejissorların ümumrespublika festivalının açılış və bağlanış mərasimlərini, Gənclər Festivalı çərçivəsində “Tarixin canlı səhifələri”ni qeyd etmək olar.
Filmoqrafiyası: “Ac həriflər” (tammetrajlı film-tamaşa1993), “Qayalarda qalan səs” (film, 1995), “Yük” (film, 1995), “Fatehlərin divanı” (film, 1997), “Ömürdən uzun gecə” (film, 1996), “Yaz yuxusunun işığı” (film, 1996), “Şeirin xəzrisi” (film, 2000), “Arzuların ardınca...” (film, 2015), “Sən demə” (film, 2020).
O, I Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində “İmmolatio” (“Qurbanvermə”) tamaşasına, II Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində “LEYLA. FONS VITAE” poeziya tamaşasına quruluş verib.
V.Əsədov 1978-ci ildə “Azərbaycan SSR əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına, 1986-cı ildə “Şərəf nişanı” ordeninə, 2002–2004-cü illərdə Prezident mükafatına, 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.
V.Əsədov 19 may 2022-ci ildə vəfat edib.
- 13:42 “Musiqili Bakı” layihəsi çərçivəsində Qurban bayramına həsr olunmuş konsert keçirilib
- 11:14 “Səhnə bizimdir” adlı konsert proqramı təqdim edilib
- 15:37 Rabatda “Azərbaycan Mərakeşli uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
- 15:26 Bu gün Əməkdar artist Hamlet Xanızadənin anadan olmasının 84 ili tamam olur
- 14:56 “Heydər Əliyev və Azərbaycan” adlı layihə uğurla davam edir
- 14:37 Paytaxtda IV Bakı Piano Festivalı keçiriləcək
- 14:21 Respublika Gənclər Kitabxanasında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar kitab sərgisi açılıb
- 11:50 Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 86 ili tamam olur
- 11:24 K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində hesabat konserti keçirilib
- 11:19 Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyası ilk mükafatlarını təqdim edib
- 11:01 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin istedadlı şagirdləri “Səsimiz bir” adlı layihədə yer alıblar
- 10:25 Görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 117 ili tamam olur
- 09:38 4 nömrəli Uşaq Musiqi Məktəbində “Parlaq gələcək sizinlədir” adlı hesabat konserti keçirilib
- 09:32 Parisdə Panteon meydanında Qobustan və Xınalığın fotoları nümayiş olunur
- 09:29 Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 09:24 “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində performans həftəsi
- 17:18 Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında kitabxana, tərcümə və nəşr sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
- 15:36 Bu gün Əməkdar artist Fatma Mehrəliyevanın anadan olmasının 99 ili tamam olur
- 14:39 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində hesabat konserti keçirilib
- 14:34 Berlində Türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
- 14:32 Əlyazmalar İnstitutunda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 10:12 “Müasir Azərbaycan Dövlətçiliyi” mövzusunda açıq dərs keçirilib
- 09:56 Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:38 Laçında Uşaq İncəsənət Festivalının xüsusi zonası qurulub
- 09:35 Laçının Seyrəngah adlanan ərazisində “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb
- 09:22 “MDB-nin mədəniyyət paytaxtı ili" çərçivəsində Laçında qala konsert olub
- 16:39 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin təntənəli açılış mərasimi keçirilib
- 15:29 Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib
- 15:17 “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” adlı mühazirə keçirilib
- 15:13 “Səma” rəqs ansamblı “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib
- 12:05 Qaradağ rayon Heydər Əliyev Mərkəzinin növbəti xarici qonağı
- 11:39 “İstedad sərhədsizdir” adlı tədbir keçirilib
- 11:18 Əməkdar jurnalist, şair Qulu Ağsəs ilə görüş keçirilib
- 10:45 Şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib
- 10:23 "Pişiyin evi" adlı kukla tamaşası təqdim edilib
- 10:19 “Hərəmiz bir çiçək” adlı tədbir keçirilib
- 10:13 "Uşaqlar dünyanın sevincidir" adlı tədbir keçirilib
- 10:04 Bakı Uşaq və Gənclər Teatrı Balakən rayonunda qastrol səfərində olub
- 09:41 “Caz-Ritmin Sehrində” adlı hesabat konserti keçirilib
- 09:09 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olacaq
- 15:31 Azərbaycan milli geyimi Parisdə nümayiş olunub
- 15:29 Azərbaycanda çəkilən ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub
- 14:32 Xalq artsti Məmmədbağır Bağırzadənin 75 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
- 11:00 Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanıb
- 09:24 Uşaqların bayramı təntənəli şəkildə qeyd olunub
- 14:38 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 12:29 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert keçirilib
- 11:08 “Uşaqlar həmişə sevinsin” adlı bayram konserti keçirilib
- 17:31 Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı keçiriləcək
- 17:22 31 May – Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib
- 17:09 Mədəniyyət naziri Adil Kərimli Göygöldə vətəndaşları qəbul edəcək
- 17:02 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib
- 16:52 “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib
- 14:58 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib
- 14:51 Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə növbəti konsert
- 14:15 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 12:51 Şəhid və qazi övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
- 12:40 17 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 11:51 Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib
- 10:55 Türk Mədəniyyəti və İrsi Fondu ilə ISESCO arasında əməkdaşlıq genişlənir