XƏBƏRLƏR
MƏLUMAT
Bu gün görkəmli jurnalist, ictimai xadim Azad Şərifovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
07/04/2022 00:21

Azad Ağakərim oğlu Şərifov 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi.

 Azad müəllimin 19 yaşında ikən ”Molodyoj Azerbayjana” qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edib. "Fizkulturnik Azerbayjana” qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilib və həmin nəşrdə işə dəvət olunub. Bir müddət sonra "Pionerskaya pavda”nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilib. 1956-cı ildə "Molodyoj Azerbayjana” qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərib. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşüb.

1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan A.Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sədr vəzifəsində çalışıb. Görkəmli jurnalistin doğma peşəsinə qayıdışı 1988-ci ilə təsadüf edib. Həmin il o, "Azərinform” informasiya agentilyinin (indiki "AzərTAc” Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunub. Azad müəllimin müxtəlif illərdə çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz dərin təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədib, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəməyib.

Azad Şərifov 2009-cu ildə 79 yaşında Bakıda vəfat edib.

Baxış sayı: 125