Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirib.
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirib və bu poeziyanı daha həyati edib.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi”, “Xalq şairi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat edib.
- 17:27 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 16:52 “Hadrut sən azadsan!” filmi nümayiş olunub
- 11:48 Gənclər Kitabxanasında Xalq rəssamı Elmira Şahtaxtinskayanın xatirəsi anılıb
- 11:16 Görkəmli dövlət xadimi Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub
- 10:35 Bədii Özfəaliyyət Kollektivlərinin Müsabiqəsi keçirilib
- 09:27 Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib
- 09:19 Ölkəmiz Lüksemburqda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tədbirlərində təmsil olunub
- 12:47 Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
- 11:50 Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib
- 10:57 Milli Kitabxanada biblioqrafiyaşünas-alimə həsr olunmuş kitab sərgisi açılıb
- 09:21 Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb
- 15:43 Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:40 Prezident Kitabxanasında “Üzeyir Hacıbəyli” layihəsinin təqdimatı olub
- 12:03 Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olunub
- 10:57 Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərsləri başa çatıb
- 10:52 Vokal ixtisası üzrə ustad dərsi
- 10:19 "Qonağımız var" layihəsinin növbəti qonağı Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynov olub
- 09:48 İstanbuldakı Türkiyə-Azərbaycan Teatrı mövsümün açılışını Bəxtiyar Vahabzadəyə həsr edib
- 09:39 Moskvada "İRS-Miras" jurnalının yeni nömrəsi işıq üzü görüb
- 09:31 “Çikaqo” müzikli ХХ Bakı Caz Festivalının məğzi olacaq
- 17:09 208 nömrəli tam orta məktəbdə açıq dərs təşkil olunub
- 16:15 Dövlət Akademik Filarmoniyasının kollektivi Şanxay Beynəlxalq İncəsənət Festivalında çıxış edib
- 15:00 Türk gənclərinin şeirləri “Ulduz”un yeni nömrəsində
- 14:18 Dövlət Uşaq Filarmoniyasının Çanaqqala Barış Xoru ilə birgə konserti
- 12:25 Milli Kitabxanada “Süleyman Sani Axundov – 150” adlı sərgi açılıb
- 11:30 İstiqlalçılıq və türkçülük timsalı - Xəlil Rza Ulutürk
- 09:20 Üzeyir Hacıbəyli haqqında biblioqrafik nəşrin və elektron toplunun təqdimatı
- 14:44 “Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib
- 13:51 Klarnet ixtisası üzrə ustad dərsi
- 12:58 Rəqs ixtisası üzrə ustad dərsi
- 12:54 Xırdalanda fortepiano ixtisası üzrə ustad dərsi
- 12:47 Baş İdarənin tabeliyində olan müəssisələr üçün təlim keçirilib
- 11:10 Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açılıb
- 09:20 “Səbrin intiqamı” kitabının təqdimatı olub
- 09:18 Avstriya mətbuatında Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə məqalə dərc olunub
- 08:29 "Mənim azad Vətənim" adlı bayram tədbiri keçirilib
- 08:10 18 oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
- 07:52 18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
- 17:03 Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib
- 15:21 Saz ixtisası üzrə ustad dərsi
- 14:19 Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 09:04 Vaşinqtonda Azərbaycan kəlağayılarına həsr olunmuş tədbir keçirilib
- 08:57 Yazıçı-dramaturq Əli Əmirlinin növbəti kitabı “Cənnət qapıları”
- 17:03 “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycan diplomatiyası” mövzusunda konfrans keçirilib
- 15:42 “Cadenza” orkestrinin növbəti konsert proqramı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq
- 11:16 Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb
- 10:10 Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:06 “Daha yaxşı gələcəyin vədi” – Bakıda Meksika muzeyinin sərgisi açılıb
- 09:16 Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub
- 16:22 “Konstitusiya və Suverenlik: Dövlətçiliyimizin təməl dəyərləri” mövzusunda dəyirmi masa keçirilib
- 16:16 “Misralarda yaşayan ömür” adlı tədbir keçirilib
- 15:08 “Müstəqilliyimiz bizim ən böyük sərvətimizdir” adlı tədbir keçirilib
- 12:19 Xanəndəlik ixtisası üzrə ustad dərsi
- 12:00 Milli Kitabxanada “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb
- 10:52 Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib
- 09:17 Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
- 16:52 Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub
- 15:55 Şanlı Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib
- 14:17 Violonçel ixtisası üzrə ustad dərsi
- 11:24 Türkmənistan Mədəniyyəti Günləri möhtəşəm konsert proqramı ilə açılıb