XƏBƏRLƏR
MƏLUMAT
Bu gün “20 Yanvar şəhidi” Abbasqulu Məmmədovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
21/02/2022 00:08

Abbasqulu Əzim oğlu Məmmədov 1965-ci il fevral ayının 21-də Gəncə şəhərində anadan olub. Gəncə şəhər 5 nömrəli orta məktəbi bitirib. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləyib.

Abbasqulu Məmmədov dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Buna görə də Nüvədi kəndinin fəxri vətəndaşı adına layiq görülüb.

1990-cı il yanvar ayının 11-də Ruzigar, Bəxtiyar və Abbasqulu Məmmədov keşikci dəstə ilə Çaykənd-Todan ətrafına gediblər. Yanvar ayının 12-də döyüş başlayıb. Todan-Çaykənd ərazisinin müdafiəsi qurbansız keçməyib. Abbasqulu Məmmədov həmin günü gərgin keçən döyüşdə odlu silahla yaralanır və həlak olur.

Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub. Ölümündən sonra “20 Yanvar şəhidi” fəxri adına layiq görülüb.

Baxış sayı: 156