XƏBƏRLƏR
MƏLUMAT
Arıların köməyi ilə büst hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
25/01/2021 02:50

Slovakiyalı heykəltaraş Tomas Liberniti qeyri-adi əl işi hazırlayıb.

Tomas Liberniti 60 min bal arısının şanı ilə Qədim Misir fironunun həyat yoldaşı Nefertitinin büstünü düzəldib.

Büst Nefertitinin əsl heykəlinin 3D formatında işlənib. Arı şanı ilə büstün tamamilə örtülməsi 2 il vaxt aparıb.

Əsər mübariz ruhlu qadını və ana təbiətin ecazkarlığını əks etdirir.

Heykəltaraşlıq nümunəsi yanvarın 30-na qədər Amsterdamda nümayiş olunacaq.

Baxış sayı: 131