XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli uşaq incəsənət məktəbində"Parlayan günəş" adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2023 02:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Parlayan günəş" adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın düşməndən azad edilməsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ulu Öndərin keçdiyi həyat yolu və siyasi fəaliyyəti haqqında məlumat verilib, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyduğu vurğulanıb.

Bədii hissədə  Azərbaycan və xarici ölkələrin bir- birindən maraqlı rəqsləri nümayiş olunub.

Baxış sayı: 222