XƏBƏRLƏR
MƏLUMAT
36 nömrəli uşaq musiqi məktəbinin tar ixtisası üzrə müəllimi Sahib Sultanovun məcmuəsi işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2019 05:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli uşaq musiqi məktəbinin tar ixtisası üzrə müəllimi Sahib Sultanovun tar ilə fortepiano üçün xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət növbəti pyeslər məcmuəsi işıq üzü görüb.          

Məcmuə dərs vəsaiti kimi respublikamızda, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin tar sinfində təhsil alan şagirdlər üçün nəzərdə tutulub.

Sayca 4-cü olan bu məcmuədə S.Sultanov ilk dəfə olaraq E.Cenkinsonun “Rəqs”, K.Bommun “Daimi hərəkət” və J.Uilyamsın “Schindler’s list” əsərlərini tar ilə fortepiano üçün işləmiş, qərb ruhu ilə Azərbaycan milli ruhunu sintez etməyə çalışıb.

 

Baxış sayı: 40701