XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli uşaq musiqi məktəbində “Uşaq bayramı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/06/2022 01:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaq bayramı” adlı tədbir keçirilib. 

Bayram tədbiri böyük və kiçik xorun ifasında, musiqisi Mikayıl Vəkilov və Firuz İsmayılova sözləri isə Malik Fərruxa aid olan “Azərbaycanım” mahnısının ifası ilə açıq elan edilib. Nəzəriyyə şöbəsinin müəllimi Zemfira Bayramovanın 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdiyi məruzəsi şagirdləri tərəfindən oxunub. Bayram tədbirində əsasən aşağı siniflərdə bütün şöbələr üzrə təhsil alan şagirdlər Azərbaycan və xarici bəstəkarların əsərlərini böyük həvəslə ifa ediblər. 

Musiqi nömrələri ilə yanaşı bu bayrama həsr olunan şeirlərdə səslənib. 

Konsertin sonunda məktəbin direktoru Nəzifə Əliyeva uşaqların bizim gələcəyimiz olduğunu, ölkəmizin gələcəyinin onların əlində olduğunu vurğulayaraq, onların müdafiəsinə hamılıqla qoşulmağın bizim borcumuz olduğunu qeyd edib.  Uşaqlara aydın səma, xoşbəxt və sağlam həyat arzulayıb və xatirə şəkilləri çəkilib. 

 

Baxış sayı: 274