Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Fərhəng Rəhim oğlu Hüseynovdur. Bəstəkar, skripkaçı, Azərbaycanın Əməkdar artisti (2009), "Böyük İpək Yolu" Beynəlxalq Müsabiqəsinin (Yaponiya, 1991), "Sülh naminə" Beynəlxalq Müsabiqəsinin (ABŞ, 1995), "Xose Asunsyon Flores" adına I Beynəlxalq Müsabiqənin (Argentina, 2000) laureatı, gözəl insan, millətinin başını uca edən fədakar sənətkar Fərhəng Hüseynov 1949-cu ilin iyulunda dünyaya göz açıb.
Alim atanın duyğularına qanad verən amillərdən biri Fərhəngdə uşaqlıqdan özünü büruzə verən Qarabağ ellərinə məxsus əsrarəngiz musiqili yaşam intonasiyası idi. Fərhəng 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfini bitirib və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olub. Azərbaycan bəstəkarlıq məktəbinin dahisi Qara Qarayev Fərhəngin sənət müəllimi, Fərəc Qarayev isə ixtisas müəllimi kimi gənc istedadın yetişməsində, püxtələşməsində əllərindən gələni əsirgəmirlər. 3-cü kursda oxuyanda məhz Qara Qarayevin məsləhəti və xeyir-duası ilə Fərhəng P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına köçürülüb və təhsilini bu dünya şöhrətli musiqi ocağında davam etdirib. F.Hüseynov ona göstərilən etimadı doğruldub, Avropa musiqisinin incəliklərini dərindən mənimsəyib. Artıq tələbəlik illərindən layiq olduğu şöhrət onun qapısını döyür. Xarici ölkələrə qastrol səfərlərinə göndərilir, müsabiqələrdə iştirak edir. 4-cü kursda olanda Qərbi Berlində keçirilən Gerberin fon Karayan adına müsabiqədə Moskva Konservatoriyası orkestrinin heyətində etdiyi çıxışa görə qızıl medala layiq görülüb. 1975-ci ildə Fərhəng konservatoriyanı skripka və bəstəkarlıq olmaqla iki ixtisas üzrə uğurla başa vurub. Əsgəri xidmətini hərbi hissənin orkestrində keçib.
Hərbi borcunu ödəyib, artıq Bakıya yüksək ixtisaslı musiqi müəllimi kimi qayıdıb, Konservatoriyada dərs deyib. Lakin yaradıcılıq yolunu da davam etdirib. Skripkada ifa etməklə yanaşı, onu narahat edən hadisələrin musiqi poetikasını axtarıb. Düşdüyü aləmin sehrini dərindən mənimsəmək üçün yenidən Moskvaya gedib assistent-stajor qismində aspirantura təhsili almağa ehtiyac duyub. Bundan sonra isə yaradıcılıq istiqamətini rels üzərinə keçirərək sürətlə sənətin zirvələrinə doğru yol alıb.
UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Yaponiyanın "Asaxi" televiziya şirkətinin hamiliyi altında Tokioda keçirilən dünya bəstəkarlarının "Böyük İpək Yolu" festivalında özünü sınamaq qərarına gələn Fərhəng Hüseynov 178 əsər içərisində "Böyük Çöl", "Hərb və Sülh", "Böyük Elçilik", "Oyunlar", "Ay Yolu" əsərlərindən ibarət “Zaman üzrə səyahət" adlı beşhissəli konserti ilə iştirak edib. Həmin əsərlərin sırasından beynəlxalq səviyyəli münsiflər heyəti tərəfindən cəmi 10 əsər seçilib finala tövsiyə edilir və... onlardan beş əsər qalib elan olunub. Azərbaycanlı bəstəkarın adı qaliblər sırasında 3-cü yerdə çəkilib və musiqi korifeyləri bəstəkarın konsertini "festivalın əsas orijinal musiqi kompozisiyasında parlaq surətdə təcəssüm etdirilmiş" kimi qiymətləndiriblər. Çoxprofilli beynəlmiləl milli koloriti - Azərbaycan, Avropa, Çin, yapon musiqisinin melodik, ritmik, tembr cizgilərini bir məcraya gətirməyi bacaran istedadlı bəstəkar vahid bir musiqi mənzərəsi yaratmaqla dinləyicilərə ümumbəşəri hisslər aşılamağa uğurla nail olub.
Fərhəng Hüseynovun zirvəyə doğru yolu kodlaşma dövrü Yaponiyadakı qələbəsilə başlayıb. Həmin andan etibarən uğur özü onun yanına uçub və yeni qələbələrə doğru aparıb.
Müsabiqə günlərində Fərhəngin konsertinə tamaşa edib bəyənən, bəstəkarla yaxından tanış olan məşhur musiqiçi və iş adamı xanım Eyko Aoiki həmyerlimizə yapon mövzusunda opera yazmağı təklif edib və qəhrəman yapon dənizçilərinin həyatından bəhs edən senarisini ona təqdim edib.
Üçillik gərgin zəhmətdən sonra "Kodayu" adlı əsər tamamlanıb və "Asaxi" televiziya şirkətinin 35 illiyinə həsr olunmuş ilk tamaşa 1993-cü ildə Tokionun Bunkamura Orçard zalında, sonra isə Osaka və Sudzika şəhərlərində böyük uğurla keçib, televiziya ilə birbaşa yayımlanaraq kompakt-diskə yazılıb. Yapon şahzadəsi operanı Yaponiyanın ilk "Romeo və Cülyetta"sı adlandırıb. İlk milli yapon operası "Kodayu" yüz iyirmi milyonluq yapon xalqının musiqi tarixinə beləcə daxil olub və hər iki ölkənin mədəniyyət tarixinə unudulmaz səhifələr yazaraq Azərbaycan-Yaponiya mədəni əlaqələrinin təməlini qoyub.
1992-ci ildən Türkiyədə yaşayan istedadlı bəstəkar və musiqişünas Ədənə şəhərindəki Çuxuroba Universitetində gənc bəstəkarlara musiqi dünyasının sirlərini öyrətməklə yanaşı müxtəlif konsertlərdə, sənət görüşlərində, beynəlxalq müsabiqələrdə iştirak edib, musiqiçilər arasında solist, kvartet, orkestr ifaçısı kimi tanınıb. Bir çox ölkələrin teatrlarından ona opera və ya balet kimi irihəcmli musiqi əsərləri yazmaq üçün sifarişlər verilib.
Mersin Opera və Balet Teatrı Fərhəng Hüseynova "Aba kraliçası" adlı balet yazmağı təklif edib. Antik dövrə aid baletin əsas mövzusu məhəbbət və Xeyirlə Şərin mübarizəsidir. Libretto ürəyini fəth etdiyindən, o, gərgin işləyərək qısa müddətdə əsəri tamamlayıb. Balet libretto müəllifi Altay Bayramın və xoreoqraf Şamil Terequlovun iştirakı ilə Mersin Dövlət Opera və Balet Teatrının səhnəsində böyük müvəffəqiyyətlə göstərilib. "Aba kraliçası" antik süjetinə görə ilk türk baleti kimi Mersin Teatrının fəxri hesab olunub və Mərmərə festivalında 2005-2006-cı illər teatr mövsümünün ən yaxşı səhnə əsəri kimi qəbul edilib.
Fərhəng Hüseynovun yaradıcılıq üslubu yeddi rənglə yeddi səsin uzlaşan çalarından yaranmış harmoniyadır. Onun simfoniya, kantata, oratoriya, opera, balet əsərləri, kino musiqisi, həmçinin kiçik formalı bir çox kamera əsərləri, skripka, fortepiano, orqan üçün sonatalar, simli kvartet, skripka üçün pyeslər, mahnılar kimi müxtəlif janrlarda əsərləri musiqi xəzinəmizin incilərindəndir. 1995-ci ildə Nyu-York şəhərində "Dünyaya Sülh Naminə Barış Cəmiyyəti"nin beynəlxalq müsabiqəsində münsiflər Cəmiyyətin xüsusi "Zirvə" mükafatını yekdilliklə görkəmli Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun "Yer üzündə sülhə nail olunmalıdır" oratoriyasına verib.
Fərhəng Hüseynov yaradıcılığının müdrik və məhsuldar çağında əbədiyyətə qovuşub. 2010-cu il fevralın 16-da onun ürəyi dayanıb.
Novruz Novruzov
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib