XƏBƏRLƏR
MƏLUMAT
“Ustad sənətkar” başlıqlı sərgi tanınmış yazıçı Süleyman Rəhimova həsr edilib
ÜMÜMİ XƏBƏRLƏR
17/03/2020 08:59

Martın 9-u Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycan sovet yazıçısı, nasiri Süleyman Rəhimovun 120 illiyinə həsr olunmuş sərgi təşkil olunub.

"Ustad sənətkar" başlıqlı sərgidə Süleyman Rəhimovun Azərbaycan dilində seçilmiş əsərləri, rus dilində "Şamo", "Qafqaz qartalı", "Saçlı" romanları, "Məhtaban" və digər povest və hekayə topluları, "Süleyman Rəhimov" fotoalbomu nümayiş olunub.

Süleyman Rəhimov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyat tariximizdə iz qoymuş böyük yazıçıdır. Ədibin "Şamo" roman-epopeyası, "Saçlı" çoxcildlik romanı, "Mehman", "Məhtaban", "Kəsilməyən kişnərti"  povestləri, silsilə və toplularına daxil olan hekayələri Azərbaycan nəsrini yeni çalarlarla zənginləşdirib.

Baxış sayı: 492